27 Aralık 2015 Pazar

Münafiqlər Şeytana Bənzəyirlər.!!

Münafiqlər Şeytana Bənzəyirlər.

Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir.

Haşr surəsi 16


İbn Cərir, Yəhya b. İbrahim əl-Mesû'dî kanalı ilə İbn Məsudun yuxarıdaki ayəylə əlaqədar olaraq belə dediyini rəvayət etmişdir:

Qoyun otlatmakta olan bir qadın var idi. Bu qadının dörd qardaşı da var idi. Qadın gecə bir rahibin monastırına gedib sığı
nırdı. Bir gecə rahib, o qadınla zina etdi. Qadın hamilə qaldı. Şeytan gəlib rahibə: "Qadını öldür, sonra basdır. Çünki sən, sözü təsdiqlənən və dinlənilən bir adamsan.(əgər bilsələr belə iş tutduğunu,o zaman rüsvay olarsan)" dedi.
Rahib, qadını öldürdü. Sonra basdırdı. Digər tərəfdən şeytan qadının qardaşlarının yuxusuna girib onlara belə dedi: "Manastırdaki rahib, bacınızla zina etdi. Onu hamilə buraxınca öldürdü və filan yerə basdırdı."
Sabah olduqda qardaşlarından biri
"Vallahi dünən gecə bir yuxu gördüm, amma bilmirəm, sizə danışım , yoxsa yox?" dedi.
Qardaşları da:
"Xeyr, xeyr danış." dedilər. O da danışdı. Digəri: "Vallahi mən də eyni yuxunu gördüm." dedi. Üçüncüsü də: "Vallahi mən də bu yuxu gördüm." dedi. Və ham birlikdə: "Vallahi bu işin içində bir iş var-." dedilər.
Qaçıb rahibin monastırına getdilər. Onu manastırdan aşağı endirdilər. O əsnada şeytan özlərindən əvvəl rahibə çatıb: "Mən səni bu bəlaya sürüdüm və bundan xilas edə biləcək olan da ancaq mənəm. Bunun üçün də mənə səcdə et ki, səni içinə saldığım bu bəladan qurtarım." dedi. Rahib, ona səcdə etdi. Qadının qardaşları gəlincə, şeytan, rahibdən uzaqlaşdı. Rahibi tutdular və öldürdülər.


(İbn Kəsir, əl Bidayə vən-nihayə, Çağrı Yayınları: 2 / 227-228.)

Ərəb Dilində Söz Üç Qismə Ayrılır!

 Ərəb dilində söz üç qismə ayrılır:

1. Ya “Nas” dır.
2. Ya “Zahir” dir.
3. Ya da “Mucməl” dir.

    Nas: Sadəcə tək bir mənaya dəlaləti olan,başqa bir ehtimal daşımayan ifadələrdir. Məsələn, Allah Azzə və Cəllə kitabında qadınların iki il əmzirmələrini söyləmişdir. Burada iki il ifadəsi başqa bir mənaya gəlməz, bu nasdır. Nəsx olmadığı müddətcə nas ilə mütləq şəkildə əməl edilər.

    Zahir: İki və ya daha çox mənaya gələn kəlmə üçün istifadə olunar.  Bir sözdə iki və ya daha çox mənaya gəlmə ehtimalı varsa, bu sözdə zahir olanı ən qüvvətli olanıdır. Bununla əməl edilər və dindən bir dəlil olmadıqca başqa bir mənaya yüklənməz. Məsələn, “aslan” kəlməsi belədir. Aslan vəhşi bir heyvan deməkdir,zahir mənası budur. Amma cəsarətli bir insan haqqında da “aslan ” deyilər. Belə vəziyyətdə sözün qüvvətli dəlaləti olan mənası götürülər. Məsələn,aslan misalında vəhşi heyvan qəsd edilər, ən zahir olanı budur. Digər ehtimal olunan mənanın qəsd edildiyinə dair bir dəlil olmadıqca bu zahirdən sapılmaz.

     Mucməl: Birdən çox mənaya gəlib hansı mənanın qüvvətli olduğu bilinməyən,qapalı olan sözlərdir. Məsələn, “Ayn” kəlməsi mucməl olan sözlərə örnəkdir. Ayn kəlməsi göz mənasına gəlir,bir şeyin özü mənasına gəlir,çeşmə mənasına gəlir,mal mənasına gəlir. ərəb əlifbasındakı ayn hərfinin adıdır. Bunlar, hər hansı birisi seçilə bilməyən mənalardır. Belə vəziyyətdə təvaqquf edilər, hər hansı biri seçilməz. Ta ki, bu mənalardan hər hansı birini seçməyi əmr edən şər'i bir dəlil oluncaya qədər o mövzuda təvaqquf edilər. Bu mənalardan birini seçməyi əmr edən bir dəlil varsa,o zaman dəlilin dəstəklədiyi o məna ilə əməl edilər.

Əbu Muaz əl Çubuqabadi «İman və Tövhid əqidəsi» (səh:108)


4 Aralık 2015 Cuma

Allah Rəsulunun ﷺ Dilindən Qardaşlıq!




Mömünlər bir-birinə zülm etməz. (Buxari, Mezalim, 3)

Müsəlman müsəlmana xəyanət etməz. (Müslim, Birr, 32)

Müsəlman müsəlmanın qiybətin etməz. (Müslim, Birr, 70)

Qardaşına kömək edər. (Müslim, Zikr, 37-38)

Cənnətə girmənin yolu, iman və məhəbbətdən keçər.
(Müslim, İman,93)

Qardaşına qarşılaşdıqca salam verər. (Əbu Davud,
Ədəb,135)

Allah üçün sevər, Allah üçün ziyarət edər. (Əbu Davud,
Ədəb, 113 )

Mömin qardaşından dua istər. (Əbu Davud, Vitr, 23)

Mömin mömimə qiyabında dua edər. (Muslim, Zikir, 86)

Bir vücud kimidir. (Buxari, Salat, 66)

Qardaşına həsəd və nifrət etməz. (Müslim, Birr, 32)

Onun satışı üzərinə satış etməz. (Buxari, Büyü,64)

Pis zənndən qorunsun. (Müslim, Birr,28-34)

Müsəlmanların gizli hallarını araşdırmaz. (Əbu Davuf, Ədəb, 37)

Heç bir yaxşılığı az görməz. (Müslim, Birr, 144)

Müsəlmanın başına gələn fəlakətə sevinməz. (Tirmizi, Qiyamət, 54)

Müsəlmana ""kafir" deyə xitab etməz. (Buxari, Ədəb, 73; Müslim, İman, 111)

Uzun müddət küsülü və incikli qalmaz. (Buxari, Ədəb, 62)

Özü üçün istədiyini, qardaşı üçün də istər. (Buxari,
İman,7)

Müsəlman qardaşını qonaq edər. (Buxari,Ədəb, 31)

Qardaşına yük olmaz. (Müslim, Lukata, 25, 16)

Qul haqqına diqqət edər. (Buxati, Ahkam, 20)

Hər cür vəziyyətdə qardaşına kömək edər. (Buxari,
Məzalim, 4)

Müsəlmanın müsəlman üzərində haqları vardır. (Müslim, Səlam, 4)

Xəstələndikdə ziyarət edər. (Müdlim, Birr, 40, 42)

Cənazənin arxasından dua edər. (Əbu Davud, Cənaiz, 69)

İbn Qeyyim (rahiməhullah)'dan İncilər



İbn Qeyyim rahiməhullah belə deyir:

"Qulun Allah qarşısında iki duruşu vardır.

➡Birinci duruş namazda onun qarşısında durmaq
➡İkinci duruş isə qiyamət günü onun qaşısında durmaqdır!

Kim birinci duruşu haqqıyla durarsa ikincisi onun üçün asanlaşdırılar
Yox əgər birinci duruşda sehlənkar olub onun haqqını verməzsə ikinci duruş onun üçün çətinləşdirilər "

əl-Fəvaid İbn əl- Qeyyim


Yenə İbn Qeyyim rahiməhullah belə deyir :

Allahın elçisi Muhəmməd sallallahu əleyhi və səlləm  təqva və gözəl əxlaqı özündə cəm etmişdi.

1. Şübhəsiz ki, təqva qulla Rəbbi arasında olanları,
2. Gözəl əxlaq isə onunla insanlar arasında olanları düzəldir və islah edir.

Qulun təqvalı olmasa Allahın onu sevməsinə,
Gözəl əxlaq sahibi olması isə insanların onu sevməsinə gətirib çıxarır .

Fəvaid əl-Fəvaid səh 18

İmam Əvzai r.h'dən Gözəl Tövsiyə!

AbdurRahman Əvzai (Allah ona rəhmət eləsin) buyurur:

Çalış Sələfin izi ilə get hətta bütün insanlar səni tərk eləsələr belə. Çalış başqa insanların fikirlərindən qaç hətta onların sözlərini bəzəyib sənə desələr belə.

Fi uluv Muxtasar İmam Zəhəbi səhifə 138

İbn Teymiyyənin Anasına Yazdığı Məktuba Anası'nın Cavabı!

İbn Teymiyyənin Anasına Yazdığı Məktuba Anası'nın cavabı:

Buna görə səni tərbiyə etmişəm!!!

- İbn Teymiyyə (rahiməhullah) anasına məktub yazır və ondan uzun müddət uzaq olduğu üçün və dini məsələlərə dəvət işlərinə görə Misirdə qaldığına görə üzrxahlıq edir. Anasına məktub çatdıqda oğlunun məktuba belə cavab verir:

- Sevimli oğlum Əhməd ibn Teymiyyə, Sənin üzərinə Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti və razılığı olsun! Allaha and olsun ki, səni bu şeyə görə tərbiyə etmişəm, İslam və müsəlmanlara xidmət etmək üçün nəzir etmişəm və sənə hər şeyi şəriətə uyğun öyrətmişəm. Və elə zənn etmə ki, mənə yaxın olmağın dininə, islam və müsəlmanlara şəhərlərdə xidmət etməkdə yaxın olmağından sevimlidi. Əksinə ey övladım səndən razı qalmağım dininə və müsəlmanlara təqdim etdiyin xidmətin miqdarındadı. Çünki mən sabah Allahın qarşısında səndən məndən uzaq olmağını soruşmayacağam. Çünki mən sənin harda və kimlərin arasında olduğunu bilirəm. Lakin ey Əhməd əgər dininə və ona tabe olan müsəlman qardaşlarına olan xidmətdə naqisliklərə yol versən Allahın qarşısında səndən bunun hesabını soruşacağam.

Allah səndən razı olsun, getdiyin yolu nurlandırsın, qədəmlərini sabit etsin, məni və səni heç bir kölgənin olmadığı gündü Öz ərşinin kölgəsi altında cəm etsin!

Vassələmu aleykum va rahmatullahi va bərakətuhu.

[ Məcməu'l-Fətava 28/48 ]

14 Kasım 2015 Cumartesi

Əbu Hureyre radıyallahu ənh'ə Kimlər Dil Uzadar?

Əbu Bəkr b. Yəhya, (Hafiz Məhəmməd b. İshak b. Huzeyme) dedi ki: "Əbu Hureyre radıyallahu ənh haqqında O'nun xəbərlərini rədd etmək üçün danışan kəslər ancaq Allahın ürəklərini korlaşdırdığı və buna bağlı olaraq xəbərlərin mənalarını anlamayan kəslərdir. Belə olan bir kimsə ya Muattıl (Allahın ad və sifətlərini ləğv edən) Cehmiyye'dən biridir ki, küfrün özü olan məzhəblərinə zidd gördükləri rəvayətini  bu Cehmi adam eşidində bu dəfə Əbu Hureyre radıyallahu ənh'ə söyüb saymağa qoyular. Allah Təalanın özünü uzaq tutduğu hallarla O'na böhtanda bulunarlar. Bundan məqsədləri isə çobanların və sıravi kəslərin gözlərini rəngləyərək guya, O'nun rəvayətləri ilə bir dəlilin isbat edilə bilməyəcəyini göstərməyə cəhd edərlər.

Ya da O'nun rəvayətlərini rəddədən adam bir Xaricidir. Məhəmməd sallallahu əleyhi və selləm'in ümmətinə qarşı qılınc çəkə biləcəyi fikirində olmaqla birlikdə heç bir xəlifəyə, heç bir imama itaəti də doğru qörməz. Pozğunluğun da özü olan məzhəblərinə zidd olan və Əbu Hureyre radıyallahu ənh'in Nəbi sallallahu əleyhi və selləm'dən nəql etdiyi rəvayətlərini eşitdikləri vaxt, O'nun rəvayətlərini hər hansı bir dəlil ilə də çürütmənin çarəsini tapa bilməyəcək olsa sığınacağı yer Əbu Hureyre radıyallahu ənh'ə dil uzadıb O'nu tənqid etmək olar.

Yaxud bu adam İslamdan və Müsəlmanlardan uzaqlaşmış (İtizal etmiş/Mutəzilə) Allah Azze və Cellenin qullar tərəfindən qazanılmadan əvvəl təqdir edib qəzaya bağlamış olduğu keçmişdəki qədərlərə uyğun gələn müsəlmanları təkfir edən, Qədəriyədən bir kimsədir. Belə bir kimsə Nəbi sallallahu əleyhi və selləm'dən qədərin sabit olduğuna dair rəvayət etmiş olduğu xəbərləri gördüyü təqdirdə küfr və şirkin də özü olan görüşünün doğruluğunu ortaya qoymaq üçün heç bir dəlil tapa bilməz. Belə bir kimsənin özüncə bütün dəlili Əbu Hureyre radıyallahu ənh'in nəql etdiyi rəvayətləri dəlil gətirmənin caiz ola bilməyəcəyini iddia etməkdən ibarətdir.

Yaxud Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini rədd edən kimsə guya fiqhlə məşğul olan və onu əsl öyrənəcəyi qaynaqlardan başqa yerdə axtaran cahil bir kimsədir. Bu adam, hər hansı bir dəlil və sənədə söykənmədən yalnız bir təqlid olmaq üzrə məzhəbini seçib, xəbərlərini izlədiyi kimsənin məzhəbinə zidd xüsuslarda Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini eşidəcək olsa, Əbu Hureyre radıyallahu ənh haqqında danışmağa başlar və öz məzhəbinə müxalif olan rəvayətlərini çürütməyə cəhd edər. O'nun rəvayətləri öz məzhəbinə uyğun düşdüyü təqdirdə yenə O'nun rəvayətləriylə O'na müxalifətə dəlil göstərər.

Bu təriqətlərin bəziləri Əbu Hureyre radıyallahu ənh'in mənasını qavraya bilmədikləri bəzi rəvayətlərini reddetmişlerdir."[1]

İmam İbn Huzeymenin sözünü etdiyi bu kəslərin əksəriyyəti pozğunluğa düşməklə məşhur olmuşlar. Onların pozğunluqda olduqları da ümmətə gizli deyildir. Ancaq son olaraq sözünü etdiyi Fukaha qılığına girmiş cahil adam - ki o Əbu Hənifədir - müstəsna. Sonra bu adam  lovğalanaraq müqayisəyə zidd olduğu səbəbiylə Əbu Hureyre radıyallahu ənh'in sözünü rədd etməyə cəhd edər. Necə ki Fiqh Üsulu elminə müntesip bəzi kəslər bunu zikr edərlər. Bu kimilərin fikirləri qatqısız bir pozğunluqdur. Ayrıca İmam Zehebinin bu kimi kəslərə cavabını Siyeru A'lami'n-Nubela'da [2] görə bilərsiniz.




[1]  > Səhih məktu. Hakim, əl-Mustedrek (3/586)
[2]  > Siyeru A'ləm (2/620-621)