İbnu'l-Qayyım, müqayisəçilərin dili üzərindən belə nəql
edər: "Müəyyənin (müəyyən bir şeyin) ümumi olana (ümumiyə) dəlil
gətirilməsi, ancaq bir-birinin bənzəri olan iki şeyin bərabərlənməsiylə tamam
olar."
Deyərəm ki: Əgər Allah Azze və Celle, bir-birinə bənzəyən
iki şeyin eyni hökmdə olduğunu nas ilə ifadə etmişsə, buna kimsə qarşı çıxa
bilməz.
Müəyyənin ümumi olana dəlil gətirilməsinin isə iki bucağı
vardır:
Birincisi: Burada müəyyən, mükəlləfdirmi? Əgər şəriət qoyuçu tək bir şəxsə xitab edirsə, bu xitabın
bütün insanları əhatə etdiyinə dəlil gətirə bilərikmi?
İkincisi: Burada müəyyən, üzərinə hərəkətin hökmünün
işlədiyi bir şeydirmi? Şəriət qoyuçu müəyyən bir şey etmənin hökmünü
açıqlasa, bunu müəyyən olan o şeyin ümumisinə də dəlil gətirə bilərikmi?
Hər iki bucaqda da müqayisəyə əsla bir yol yoxdur.
Birinci bucağa gəlincə: Tək bir mükəlləf qulun hökmü, dəlil
təsis etmədikcə bütün mükəlləflərin də hökmüdür. Buna müqayisə dəlil gətirilə
bilməz.
İbn Həzm, el-İhkamda belə deyər: "Nəbi sallallahu
əleyhi və səlləm, öz əsrində həyatda olan insan və cinlərə göndərildiyi kimi,
özündən sonra qiyamətə qədər doğulacaq olanlara da göndərilmişdir. Allah
Təalanın qiyamət gününə qədər yaradacağı hər kəs və hər yer üçün də hökm
vermişdir. Bu mövzuda ümmətin, Nəbi sallallahu əleyhi və selləmə çatan qəti
icması səhih və dinin qiyamətə qədər davam edəcəyinə dair zikr etdiyimiz naslar
sabit olduğundan, bütün insanları və cinləri bağlayıcıdır. Hisslərlə zəruri
olaraq anlarıq ki, Nəbi sallallahu əleyhi və selləmin özündən sonrakılara şahid
olmasına imkan yoxdur. Onun növlərdən bir şeyi əmr etmiş olması, o növün
hamısını əmr etmiş olması deməkdir. Dində, tək bir şeyə və ya tək bir qövmə xas
olan şeyləri Nəbi sallallahu əleyhi və səlləm nas ilə bəyan etmişdir. Bu,
təsis/xüsusi etmə olaraq bilinər." İbn Həzmdən nəql bitdi.
Bundan ötəri Nəbi sallallahu əleyhi və səlləm belə
buyurmuşdur: "Mənim bir qadına sözüm, yüz qadına sözümlə birdir."
Heçkimsə Nəbi sallallahu əleyhi və selləmin bir qadına
sözünün, yalnız yüz qadını bağladığını söyləyə bilməz. Əksinə bu, dəlil xas
etmədiyi müddətcə, dünyadakı bütün qadınları bağlar. Nəbi sallallahu əleyhi və
selləmin hədisdə "yüz qadın" deməsi, xitabın özünə istiqamətləndirildiyi
hər yüz qadından birinə deyilən sözün, digərlərini də əhatə etdiyinə dəlalət
edər. Beləcə bütün dünya qadınlarını əhatə edər.
Yenə Allah Azze və Celle belə buyurmuşdur: "Biz səni
bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik. " (34
Səba 28) Bu ayədən, Allah
Azze və Cellenin göndərdiyi risalətin bütün insanları əhatə etdiyini və Nəbi
sallallahu əleyhi və selləmin hevasından danışmadığını öyrənirik. Allah Təala
belə buyurmuşdur: "O əsla hevasından danışmaz. Söylədikləri özünə
vəhy edilən vəhydən başqası deyil." (53 Nəcm 3-4) Demək ki Nəbi sallallahu əleyhi
və səlləm bir adama xitab etdiyi zaman, Allah Təalanın dini və risaləti ilə
xitab etməkdədir. Və bunda əsl olan, din və risalətin bütün insanları əhatə
etməsidir.
Yenə Allah Azze və Celle belə buyurmuşdur: "Bu Quran
mənə sizi və ona yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy
olundu." (6 Ən'am 19) Bizlər, "Sizi xəbərdar etməm üçün"
sözündəki həmsöhbətlərə daxil deyilik. Lakin, "yetişəcək kəslər" sözüylə nəzərdə
tutulanlarıq.
Rəsulullah sallallahu əleyhi və selləmin bu sözü də belədir:
"Sizə bir şeyi qadağan etdiyimdə ondan uzaqlaşın. Bir şey əmr etdiyimdə də
gücünüz çatdığı qədər onu yerinə yetirin." Rəsulullah sallallahu əleyhi və
selləmin xitabı bütün müsəlmanlaradır. Bunun dəlili Allah Azze və Cellenin bu
ayəsidir: "De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş
rəsuluyam."(7 Ərəf 158) Nəbi sallallahu əleyhi və səlləm bir şey əmr etdiyində və ya
qadağan etdiyində, bu xitaba bizlər də daxil olarıq.
İkinci bucağa gəlincə: Burada da müqayisəçilərin
müqayisələrində istifadə etdikləri müqayisə söz mövzusu deyil. İbn Həzmin
yuxarıda nəql edilən açıklaması çox açıqdır. Bunu kimsə inkar edə bilməz. Nəbi
sallallahu əleyhi və səlləm, növlərdən birini əmr etdiyi zaman, bu əmr o növün
hamısını əhatə edər. Nəbi sallallahu əleyhi və səlləm buğdanın çoxluqla
satışını haram etdiyində, dünyada olan bütün buğdaların çoxluqla satışı haram
qılınmış deməkdir. Çünki hamısı buğda adına daxildir. Əks halda şəriət ləğv olardı.
Bunun dəlili açıqdır. Müəyyəni, ümumiyə dəlil gətirməyə ehtiyac yoxdur. Bunun
dəlili, az əvvəl zikr edilən: "Sizi bir şeydən qadağan etdiyimdə ondan
uzaqlaşın, bir şeyi əmr etdiyimdə də gücünüz çatdığı qədəriylə onu yerinə
yetirin" hədisi buna açıqca dəlalət etməkdədir. Nəbi sallallahu əleyhi və
səlləm bizə bir şeyi qadağan etdiyində ondan uzaq dayanmamızı əmr etmişdir. Bir
şeyi əmr etdiyində də gücümüz çatdığınca onu yerinə yetirməmizi əmr etmişdir.
Bizi buğdanı çoxluqla satmaqdan qadağan etdiyinə görə, onu çoxluqla satmaqdan
uzaqlaşmamız lazımdır. Buğda haqqındakı bu qadağan, başqa bir şeyə keçməz.
Sonra İbnu'l-Qayyım, bunun misallarını
zikr edər. Bunlardan biri bu ayədir: "Sizin kafirlərin onlardan nəyi
yaxşıdır?! Yoxsa kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?"
(54 Qəmər 43)
Daha əvvəl müqayisəçilərin halal, haram, mübah kimi
hökmlərdə istifadə etdikləri müqayisənin, insanların öldürülməsi, dirildilməsi,
əzablandırılması və yer üzünə zəlzələ verilməsi kimi hökmlərlə əlaqəli
olmadığını söyləmişdik.
Ayəyə gəlincə, burada qətiliklə müqayisəyə bir yol yoxdur.
Kafirlər Allah Azze və Cellenin əzabında əmin olub, özlərinin əzabı def edə
biləcəklərini zənn etdiklərində, Allah Azze və Celle onları əzaba uğrada
biləcəyini xəbər vermiş, onları özlərini, rəsulları yalanlayan əvvəlki ümmətlərdən
üstün olduqlarını və əvvəlki ümmətlərə toxunan əzabın özlərinə toxunmayacağını
zənn etmələrindən çəkindirmişdir. Müqayisə əhli buna qarşı çıxmazlar. Allah
Azze və Celle, onlardan əvvəlkilərə etdiyi kimi, onlara da əzabı endirməyi
diləsə bunu edər. Diləməzsə etməz. Bu müqayisə deyildir. Çünki müqayisəçilərin metoduna görə
qiymətləndiriləcək olsaydı, Allah Azze və Cellenin üzərinə hökmlər vacib olar
və bunun varlığı da zəruri olardı!
Yenə kimsə buna qarşı çıxmaz: Bizlər, əvvəlki ümmətlərə
toxunan əzabın müşriklərə toxunmadığını görərik. Hətta bunlardan bəzisi Qureyş
kafirləri kimi ayədə doğrudan özlərinə xitab edilən kəslərdir. Əzab dünyada
onlara çatmamışdır. Onlar tövbə etmələri və Məhəmməd sallallahu əleyhi və
selləmin risalətinə iman etmələri üçün möhlət verilənlərdəndir. Əgər ümumi
haqqındakı hökm, mütləq olsaydı, bütün müşriklərin bir gündə öldürülmələri
lazım idi. Onlardan heç biri xilas ola bilməz, bundan sonra müsəlman ola
bilməzdilər və bu, müşriklərdən birinin cəzasının o döyüşdə dərhal öldürülməsi
olduğuna bir dəlil olardı.
Əgər müqayisəçilər bu ayəni yaxşı fikirləşerlərsə Allah Azze və Cellenin onların
hökmlərini fərqli etdiyini anlarlar idi. Kafirlər, özlərinin əvvəlkilərdən
üstün olduqlarını zənn etdiklərində Allahın əzabından əmin oldular. Bunlar
onlardan fərqlidirlər. Bu səbəbdən eyni hökmdə olmadılar. Onlar, bir-birindən
fərqli olanların ayrılması qaidəsini istifadə edərlər. Lakin Allah Azze və
Celle dilədiyi kimi bərabərlər və ya ayrı-seçkilik edər.
İbn Qayyımın zikr etdiyi misallardan biri də, Allah Azze və
Cellenin Ad qövmünün cəzasını zikr etdikdən sonra: "And olsun ki, Biz
onlara verdiyimiz imkanı sizə verməmişdik." (46
Əhqaf 26)
buyurmasıdır.
Deyərəm ki, bu ayə müxtəlif istiqamətlərdən müqayisəni
yıxmaqdadır:
Birincisi: Müqayisə əhli, xəstəliyin ümumi daxilində zikr
edilənlərin xaricindəkilərə də, bu hökmün keçəcəyini zənn edərlər. Bizlər isə
Allah Azze və Cellenin şeylər ilə fərdlərin arasını hökmdə eşitlemesini inkar
etmərik. Lakin insanların, nas gəlmədən əvvəl bir-birinə bənzəyən əşyaların
hökmlərdə də bərabər olduğunu xəbər verməyə haqqları yoxdur. Əks halda ayədə
keçən kafirlər bunu etmiş və səhv etmişlər. Onlar, dünya həyatlarındakı həyat
və qüvvət səbəblərini, insanın digər insanlara qarşı özünü müdafiə etmə
imkanını gördüklərində, düşməndə olan xəstəliyi, insanlardan olmayana da tətbiq
edərək hökm etdilər. Onlar özlərində olan imkanların, Allah Azze və Cellenin
əzabını da uzaqlaşdıracağını zənn etdilər. Bunun üzərinə Allah Azze və Celle,
özlərində olan imkanların, əzabı def etməyə bir səbəb ola bilməyəcəyini xəbər
verdi. Onlara, özlərindən əvvəlkilərdən ibrət götürmək düşər.
Bu sözümüzə belə cavab verəcəklərindən qafil deyilik:
"Bu sözünüz, əgər bəşərin imkanları Allah Azze və Celle kimi olsaydı doğru
olardı. Məlumdur ki Allah Azze və Cellenin qüdrəti, bəşərin qüdrəti kimi deyildir."
Onlara deyərik ki: Yaxşı sizə qureyş kafirlərinin
qüvvətinin, Ad qövmünün qüvvəti kimi olduğunu kim xəbər verdi? Qureyş
kafirlərinin qüvvəti də Ad qövmünün qüvvətindən böyük ola bilər!
Zəruri olaraq belə deyəcəklər: Qureyş kafirlərinin qüvvəti,
Ad qövmünün qüvvətindən böyük olsa dahi, Allah Azze və Cellenin cəzasını geri
çevirə bilməzdi."
O zaman onlara deyərik ki: Elə isə Qureyş kafirlərinin
özlərindən əzabı uzaqlaşdırma imkanlarının olmadığını naslardan və Allah Azze
və Cellenin hər şeyə qədr olduğuna dair qəti dəlillərdən öyrəndiniz. Bu hökmün
Ad qövmünü də əhatəsindən deyil. Bununla birlikdə Allah Azze və Celle diləsə,
Ad qövmünə etdiyinin eynisiylə onları əzablandıra bilər, diləməzsə əzablandırmaz.
Müqayisəçilərin fikiri bu deyildir. Onların fikirləri, düyünün də eynilə buğdada olduğu kimi,
çoxluqla satışının caiz olmamasıdır. Onlar; "Allah düyünün satışını diləsə
haram edər, diləsə halal edər" demir, bunun caiz olmadığını söyləyirlər!
Yenə Aişə radıyallahu ənhə hədisində, O, Nəbi sallallahu
əleyhi və selləmin bulud və ya fırtına gördüyü zaman üzündə bir məmnunsuzluq
hiss etmiş və səbəbini soruşduğunda Nəbi sallallahu əleyhi və səlləm belə
buyurmuşdur: "Ey Aişə! Bunun içində əzab olmayacağından əmin ola
bilmirəm. Necə ki bir qövm küləklə əzablandırıldı. O qövm də əzabı
gördüklərində: "Bu yağış yağmasının əlamətidir" demişlər idi."
Nəbi sallallahu əleyhi və selləmin qövmü, Ad qövmü kimi
olmamasına baxmayaraq, Rəsulullah sallallahu əleyhi və səlləm nə
üçün onların müsibətinə
uğramalarından narahatlıq edirdi? Əgər Nəbi sallallahu əleyhi və selləmin qövmü
Ad qövmü kimidirsə, nə üçün eyni müsibətə uğramadılar? İşdə zikr edilən ayənin
müqayisəyə dəlil gətirilməsi beləcə batil olmaqdadır.
Əbu Muaz Seyfullah Erdoğmuş