31 Mayıs 2014 Cumartesi

Kafirlərdən oğurlamaq icazəlidir?

 Kafirlərdən oğurlamaq icazəlidirmi?

 Müəllif: Muhəmməd Saleh əl-Münəccid |


Sual: Kafir ölkəsində yaşayan bir müsəlmanın kafirlərdən oğurlaması haramdır? Mənim barəsində danışdığım adam əminəm ki, acından ölmür yaxud oğurladığı şeylərə ehtiyacı yoxdur. Qeyd etmək lazımdır ki, orada əmin-aman yaşamaq mümkündür. Yəni, fərd üçün bu ölkədə müsəlman kimi yaşamaq təhlükəsizdir və çox təqib yoxdur.

Cavab:

Həmd Allaha məxsusdur.

Heç kəsə gizli deyil ki, oğurluq etmək böyük günahdır və Allah-Təala buna görə oğurluq edənin əlini kəsməyi bir cəza olaraq əmr edib. Şəriətdə malın kişiyə yaxud qadına, azyaşlıya yaxud böyüyə, müsəlman yaxud kafirə məxsus olması fərq etmir. Şəriətdə yeganə istisna müsəlmanlarla müharibə halında olan kafirlərin malı ilə bağlıdır.

Müsəlman əmanət (etibarlılıq), əhdə vəfa və gözəl əxlaqda gözəl nümunə olmalıdır. Müsəlmanlara bu cür keyfiyyətlər olduqda bu bir çox kafirin İslam dinini qəbul etməsinə səbəb olmuşdur, çünki onlar İslamın gözəlliyini və müsəlmanların gözəl əxlaqına şahid olmuşlar.

İstər müsəlman ölkəsində, istərsə də kafir ölkəsində kafirlərin malını halal hesab edən müsəlman kafirlərin lehinə yaxşı xidmət edir və İslam və müsəlmanlar barədə onlarda təhrif olunmuş təsəvvür yaratmağa kömək edir və nəticə etibarilə İslama həmlələr edənlərə kömək etmiş olur.

Müsəlman bir şəxs kafir ölkəsində daxil olduqda bu halda onlarla sülh müqaviləsi (əhd) bağlayır-bu halda onun ölkəyə daxil olması üçün ona verilən viza. Deməli, bu halda onların malını qeyri-qanuni yolla mənimsəyirsə, oğru olmasından əlavə də əhdi pozmuş sayılır.

Kafirlərdən oğurladığı mal haramdır. Rəvayət olunur ki, Muğirə ibn Şubə cahiliyyə dövründə bəzi adamlarla oturub dururdu. O, həmin adamları öldürüb mallarını götürdü. Sonra gəlib İslamı qəbul etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “İslamına gəldikdə bunu qəbul edirəm, mala gəldikdə isə mən bundan uzağam”. Əbu Davudun rəvayət etdiyi hədisdə belə deyilir: “Sənin İslamına gəldikdə bunu qəbul edirik. Xəyanət yolu ilə əldə olunan mala gəldikdə bizim buna ehtiyacımız yoxdur”.[1]

əl-Hafiz ibn Həcər demişdir:

“Mala gəldikdə mən bundan uzağam” ifadəsi o deməkdir ki, mən bu mala toxunmaram, çünki bu mal xəyanətlə yolu ilə əldə olunub. Hədisdən öyrənirik ki, kafirlər sizə etibar etdikləri və sizə əmin-amanlıq verdikləri zaman xəyanət yolu ilə onların malını mənimsəmək icazəli deyil. Çünki insanlar səfərdə yol-yoldaşlı olduqda onlar qarşılıqlı etimad əsasında bunu edirlər və bu etimada xəyanət etmək olmaz, fərqi yoxdur həmin şəxs müsəlmandır yoxsa kafir. Kafirlərin malları yalnız döyüş və müharibdə halaldır. Ola bilsin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin malın yiyələrinin müsəlman olacağı və daha sonra mallarını onlara geri qaytaracağı ümidi ilə ona malı saxlamağa icazə vermişdir.[2]

əl-Şafi, rahiməhullah, demişdir:

“Müsəlman bir şəxs dar əl-hərbə sülh şəraitində daxil olursa və onların mal-dövlətini mənimsəmək fürsəti ilə rastlaşırsa, bu halda onun bu malı istər az, istərsə də çox olsun, götürməsi icazəli deyil. Çünki həmin müsəlman onlar tərəfindən əmin-amanlıqdadır və ona görə də onlardan onun tərəfindən əmin olmalıdırlar. Çünki ona əmin-amanlıq verdikləri halda onların malından nəyisə götürmək icazəli deyil. Müsəlmanların və əhli zimmənin[3] malından şəriətə görə götürülməsi icazəli olan hallar istisnadır. Mal-dövlət bir neçə səbəbdən haram ola bilər:



Malın yiyəsi müsəlmandırsa;
Malın yiyəsi müsəlman dövlətin himayəsi altında yaşayan qeyri-müsəlmandırsa;
Mal yiyəsi ilə sülh müqaviləsi bağlanıbsa müqavilənin müddəti başa çatana kimi; Bu insanlar əhdin müddəti başa çatana kimi onların mal-dövlətinin toxunulmazlığından söhbət gedirsə bu halda onlar zimmə əhli hökmündədirlər.[4]


əl-Sərəx'si, Allah ona rəhmət etsin, demişdir:

“Müsəlman bir kəsin sülh şəraitində olduğu tərəflərə xəyanət etməsi düzgün deyil, çünki xəyanət etmək haramdır. Peyğəmbər, sallallahu aleyhi və səlləm demişdir: “Qiyamət günü hər xainin yanında bayraq olacaq və bu bayraqla onun xain olduğu məlum olacaq”. Əgər müsəlman bir kəs onlara xəyanət edib onların malını oğurlayırsa və bunları müsəlman ölkəsinə gətirirsə, bunu alan müsəlmanın bundan xəbəri varsa bu malı almaq icazəli deyil. Çünki həmin adam bunu natəmiz qazanc şəklində mənimsəmişdir və ondan bu malı almaq onu daha da təşviq edir ki, müsəlman birinin bunu etməsi düzgün deyil. Bu məsələdə təməl qayda Muğirə ibn Şubənin, Allah ondan razı olsun, hədisidir. Belə ki, o yoldaşlarını öldürmüş və onların malını Mədinəyə gətirmiş və müsəlmanlığı qəbul etmişdi. Allahın Rəsulu sallallahu aleyhi və səlləm'den onun malından xums götürməyini istəmişdi və ona belə cavab vermişdi: “İslamına gəldikdə qəbul edirik, xəyanət yolu ilə əldə etdiyin mala gəldikdə bizim buna ehtiyacımız yoxdur”.[5]


en doğrusunu allah bilir.


[1] Buxari, 2583; Əbu Davud, 2765; Şeyx əl-Albani Səhih Əbi Davud əsərində (2403) səhih deyə təsnif edib.

[2] Fəth əl-Bari, 5/341.

[3] Müsəlman dövlətin himayəsində yaşayan qeyri-müsəlmanlar.

[4] əl-Umm, 4/284.

[5] əl-Məbsut, 10/96.Abraş, Kel ve Kör

27 Mayıs 2014 Salı

Din asandır. Kim dini çətinləşdirərsə, məğlub olar

Əbu Hureyrə (radıyallahu ənhdən) Peyğəmbər'in (sallallahu aleyhi ve sellem) belə buyurduğunu demişdir:


“Həqiqətən, din asandır. Kim dini
çətinləşdirərsə, din ona üstün
gələr. Düzgünlüyə riayət edin,
yaxınlaşın və müjdələyin. Səhər
tezdən, günorta vaxtı və gecənin
axırı kömək diləyin.”


(Buxari: İman  39. Nəsai: İman və qaydaları 5034.)

25 Mayıs 2014 Pazar

MAĞARA SAHİBLƏRİ

Allah'ın elçisi (sallallahu aleyhi ve sellem)  söyləmişdir: “Sizdən əvvəlki xalqlarda üç nəfər səfərə çıxmaq məqsədilə yola düzəlmişlər. Gecə yatmaq vaxtı gəlib çatdıqda bir mağaraya rast gəlmiş və gecələmək üçün ora girmişlər. Bu zaman Dağdan bir qaya qoparaq mağaranın ağzını örtmüşdü. Onlar: “Bizi buradan ancaq saleh əməllərinizlə Allaha edilən dualar xilas edə bilər” – demişlər. Birincisi söhbətə belə başlamışdır: – Allahım, mənim çox qoca valideynlərim var idi. Onlardan qabaq nə ailəmdən, nə xidmətçilərimdən, nə də kölələrimdən heç kimə bir şey yedirtməzdim (axşamlar süd içirtməzdim). Bir gün (heyvanların otlaması və ya odun yığmaq üçün) ağaclıq axtarmaq fikrinə düşməyim məni yubatdı və mən heyvanları sağıb qayıdanda onların artıq yuxuya getdiklərini gördüm. Nə onları oyatmağa qıydım, nə də onlardan qabaq ailəmə və kölələrimə süd verməyə ürəyim gəldi. Uşaqlar ayağıma dolaşaraq acından ağladıqları halda, mən əlimdə qab sübh açılana qədər onların oyanmasını gözlədim. Sonra oyandılar, südlərini içdilər. Allahım! Əgər bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizim bu qayadan çıxmağımızı asanlaşdır. Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış: Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış: – Allahım, bir əmim qızı var idi. Mən onu hamıdan çox sevirdim. Hətta ona qarşı olan bu sevgim bir kişinin qadına olan sevgisindən də artıq idi. Ondan özünü istədim, amma o buna razı olmadı. Bir il bərk quraqlıq oldu, torpaq yararsız hala gəldi, məhsul qıtlığı başladı.
Bu vaxt yanıma gəldi. Məndən yüz iyirmi dinar istədi. Mən də özünü mənə təslim etməsi şərti ilə pulu
ona verdim. Razılaşdı. Ona yaxınlıq etmə ərəfəsində “Allahdan qorx! Haqsızlıq edərək (qanuni nikaha girmədən) bakirəliyimi pozma, bunu sənə halal etmirəm” – dedi. Mən də onu hamıdan çox sevdiyim halda ona sahib olmaq fikrindən döndüm və ondan uzaqlaşdım. Verdiyim qızılları da geri götürmədim. Allahım, əgər
mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi düşdüyümüz bu çətinlikdən qurtar! Qaya bir qədər də aralanmış, lakin bu yenə də onların çıxa bilmələri üçün kifayət etməmişdir. Onlardan üçüncüsü demişdir:
– Allahım! Mən bir neçə adamı işə götürmüşdüm. Hamısının da haqqını vermişdim, yalnız onlardan biri haqqını almadan getmişdi. Onun pulunu işlədib dövriyyəyə buraxdım. Nəhayət, onun bu pulu ilə malım xeyli
çoxaldı. Bir müddətdən sonra yanıma gəlib: Ey Allahın qulu! Haqqımı ver, – dedi. Mən də:– Gördüyün bu dəvələr, inəklər, qoyunlar, kölələr hamısı sənin haqqındandır, – dedim. O təəccüblənərək:
– Məni ələ salma, – dedi. Mən də:
– Səni ələ salmıram, - dedim. O,
hamısını özü ilə götürüb apardı,heç nə də saxlamadı. Allahım, əgər mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi buradan qurtar!” Bundan sonra qaya tamamilə aralanmış və nəhayət onlar çıxıb gedə bilmişlər”.






(Buxari, 4/369, 370, Müslim, 2743-cü hədis.)

Varlının Borcu Gecikdirməsi Zülmdür!

Əbu Hüreyrə (radıyallahu anh) Peyğəmbərin (sallallahu aleyhi ve sellem) belə buyurduğunu rəvayət
etmişdir:


“Varlının üzərinə düşəni(borcunu və s.) gecikdirməsi zülmdür. Əgər sizlərdən birinin
borcunu ödəmək varlıya həvalə olunarsa, qoy o razılaşsın.”


 Buxari və Müslim rəvayət etmişlər.( Buxari: Həvalət ? 2166; Müslim: Məsəqat ? 1564; Tirmizi: Buyu ?
1308; Nəsai: Buyu ? 4691; Əbu Davud: Buyu ? 3345; İbn Macə: Əhkam ? 2403; Əhməd: 2/380;
Malik: Buyu ? 1379; Darimi: Buyu ? 2586.)



Varlı, maddi imkanı olub borcunu qaytarmaq iqtidarında olan kimsədir. Hədisin məfhumuna görə maddi zülm, kiminsə malını haqsız yerə götürməklə məhdudlaşmır. Bura başqasının malını hər cür haqsızlıqla ələ keçirmək və ya haqqını tapdalamaq daxildir. Kim başqasının malını qəsb edər, oğurlayar, haqqını tam, yaxud da
qismən danar, ona məxsus olmayan haqqı iddia edər, bir müddət gecikdirər və ya üzərinə düşəndən az miqdarda ödəyərsə, etdiyi haqsızlığın dərəcəsinə uyğun zalımlardan sayılar. Zülm isə, qiyamət günü zülmkar insanlar üçün zülmətlər olacaqdır.

21 Mayıs 2014 Çarşamba

Nə üçün dua edirik amma duamız qəbul olunmur?


İmam Qurtubi (rahiməhullah) buyurur:

- Bir gün İbrahim bin Azzama (rahiməhullah) belə dedilər: “Nə üçün dua edirik amma duamız qəbul olunmur?”

O belə cavab verdi:

• Çünki Allahı tanıyırsınız lakin Ona itatət etmirsiniz
• Çünki Peyğəmbəri tanıyırsınız lakin Sünnəsinə tabe olmursunuz
• Çünki Quranı tanıyırsınız lakin Qurana müvafiq əməl etmirsiniz
• Çünki Allahın nemətlərindən yeyirsiniz, lakin buna görə şükrünü vermirsiniz
• Çünki Cənnəti tanıyırsınız lakin buna can atmırsınız
• Çünki Cəhənnəmi tanıyırsınız, lakin ondan qaçmırsınız
• Çünki şeytanı tanıyırsınız, lakin onunla mübarizə aparmırsınız, əksinə onunla razılaşırsınız
• Çünki ölümü tanıyırsınız lakin bunun üçün hazırlıq görmürsünüz
• Çünki ölüləri dəfn edirsiniz, lakin bundan ibrət götürmürsünüz
• Çünki öz nöqsanlarınıza göz yumur və insanların nöqsanları ilə başınızı qarışdırırsınız.

[ Təfsir əl-Qurtubi, 2/312 ]


12 Mayıs 2014 Pazartesi

İlan öz yuvasına necə qayıdırsa eləcə də din Ərəbistan Yarımadasına belə qayıdacaq” hədisi nə dərəcədə doğrudur?



Müəllif: Şeyx Saleh əl- Fəuzan 


Sual:  “İlan öz yuvasına necə qayıdırsa eləcə də din Ərəbistan Yarımadasına belə qayıdacaq” hədisi səhihdirmi? Bu hədisin tam mətni və mənası necədir?

Cavab:
Bu hədisi Tirmizi rəvayət edib və hədisin həsən olduğunu demişdir.
Hədisin mətninə gəlincə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “İlan öz yuvasına qayıtdığı kimi din də Ərəbistan yarımadasına qayıdacaq. Din Ərəbistan yarımadasında, dişi dağ keçilərinin dağdakı sığınacağı kimi olacaq (Axırətə yaxın vaxtlarda müsəlmanlar zəif, kafirlər isə İslam ölkələrini işğal etdiyi bir zamanda din Ərəbistan yarımadasına qayıdacaqdır).Din qərib olaraq başlamış, yenə
qəribliyə dönəcəkdir. Qərib olanlara müjdə olsun. O kəslər ki, məndən sonra insanların korladıqları sünnələrimi islah edərlər”. Tirmizi bu hədisi sünən kitabında (7,288) Amr ibn Əuf ibn Zeyd ibn
Məlhəmədən, o atasından, o da babasından rəvayət etmişdir.


Hədisin mənası budur ki, axirətə yaxın bir vaxtda iman və din Ərəbistan yarımadasında cəm olacaq. Ov dağın təpəsinə dırmaşaraq özünü necə qoruyursa, din də bu yerlə qorunacaqdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) göndəriləndə din qərib olaraq başladığı kimi yenə qərib olaraq qayıdacaq. Kim dindən tutunarsa cənnətə daxil olar. İmam Muslim bu mənada digər bir hədis də rəvayət edib: “İslam qərib başlamış və qəribliyinə qayıdacaq. İlan öz yuvasında döndüyü kimi o da iki məscid (Kəbə və Mədinə məscidi) arasına dönəcəkdir.”



İmam Muslim bu hədisi (1, 131) İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət etmişdir.


ən doğrusunu allah bilir.

10 Mayıs 2014 Cumartesi

 Dövlətdən yardım qəbul etmək olar?

                                       



Müəllif: Muhəmməd Saleh əl-Münəccid


Sual: Dində hökumətdən uşaq və ailə müavinəti kim pul yardımını qəbul etmək olar?


Cavab: Həmd Allaha məxsusdur :


Əgər yardım almaq üçün qoyulan şərtləri ödəyirsinizsə, məsələn, müəyyən sayda uşaqların olması yaxud az təminatlı və s. kimi şərtlər varsa bu halda dövlətdən yardım qəbul etməkdə heç bir problem yoxdur. Qadağan olunan bu yardımı almaq üçün dələduzluq və yalana baş vurmaqdır.


Sözügedən pul yardımını qəbul etməklə bağlı təməl prinsip Buxari (7164) və Muslimin (1045) Ömərə, Allah ondan razı olsun, istinadən rəvayət etdikləri hədisdir. Hədisdə deyilir: “Allahın Rəsulu, sallallahu aleyhi və səlləm bizə bir şeylər verirdi və mən belə deyirdim: “Bunu məndən daha çox ehtiyacı olana verin. Daha sonra bir dəfə mənə bir şey verdi və mən dedim: “Bunu məndən daha çox ehtiyacı olana verin və Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Götür bunu. Əgər ummadığın yaxud istəmədiyin halda sənə bir şey gəlirsə bu maldan götür, əks halda buna can atma”.


Bu pul bunu verən tərəfindən könüllü şəkildə  olduğundan və bunu götürməkdə hər hansı bir zərər yaxud alçalma olmadığından, bunu qəbul etməkdə heç bir qəbahət yox idi.


Burada hökumətin müsəlman yaxud qeyri-müsəlman olmasının fərqi yoxdur. Əsas odur ki, bunu edərkən dinə görə hər hansı xələlə, güzəştə yol verməyəsən.


ən doğrusunu allah bilir.