Əbu Bəkr b. Yəhya, (Hafiz Məhəmməd b. İshak b. Huzeyme) dedi
ki: "Əbu Hureyre radıyallahu ənh haqqında O'nun xəbərlərini rədd etmək
üçün danışan kəslər ancaq Allahın ürəklərini korlaşdırdığı və buna bağlı olaraq
xəbərlərin mənalarını anlamayan kəslərdir. Belə olan bir kimsə ya Muattıl
(Allahın ad və sifətlərini ləğv edən) Cehmiyye'dən biridir ki, küfrün özü olan
məzhəblərinə zidd gördükləri rəvayətini
bu Cehmi adam eşidində bu dəfə Əbu Hureyre radıyallahu ənh'ə söyüb saymağa
qoyular. Allah Təalanın özünü uzaq tutduğu hallarla O'na böhtanda bulunarlar.
Bundan məqsədləri isə çobanların və sıravi kəslərin gözlərini rəngləyərək guya,
O'nun rəvayətləri ilə bir dəlilin isbat edilə bilməyəcəyini göstərməyə cəhd edərlər.
Ya da O'nun rəvayətlərini rəddədən adam bir Xaricidir. Məhəmməd
sallallahu əleyhi və selləm'in ümmətinə qarşı qılınc çəkə biləcəyi fikirində
olmaqla birlikdə heç bir xəlifəyə, heç bir imama itaəti də doğru qörməz.
Pozğunluğun da özü olan məzhəblərinə zidd olan və Əbu Hureyre radıyallahu ənh'in
Nəbi sallallahu əleyhi və selləm'dən nəql etdiyi rəvayətlərini eşitdikləri
vaxt, O'nun rəvayətlərini hər hansı bir dəlil ilə də çürütmənin çarəsini tapa
bilməyəcək olsa sığınacağı yer Əbu Hureyre radıyallahu ənh'ə dil uzadıb O'nu tənqid
etmək olar.
Yaxud bu adam İslamdan və Müsəlmanlardan uzaqlaşmış (İtizal
etmiş/Mutəzilə) Allah Azze və Cellenin qullar tərəfindən qazanılmadan əvvəl təqdir
edib qəzaya bağlamış olduğu keçmişdəki qədərlərə uyğun gələn müsəlmanları təkfir
edən, Qədəriyədən bir kimsədir. Belə bir kimsə Nəbi sallallahu əleyhi və selləm'dən
qədərin sabit olduğuna dair rəvayət etmiş olduğu xəbərləri gördüyü təqdirdə
küfr və şirkin də özü olan görüşünün doğruluğunu ortaya qoymaq üçün heç bir dəlil
tapa bilməz. Belə bir kimsənin özüncə bütün dəlili Əbu Hureyre radıyallahu ənh'in
nəql etdiyi rəvayətləri dəlil gətirmənin caiz ola bilməyəcəyini iddia etməkdən
ibarətdir.
Yaxud Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini rədd edən
kimsə guya fiqhlə məşğul olan və onu əsl öyrənəcəyi qaynaqlardan başqa yerdə
axtaran cahil bir kimsədir. Bu adam, hər hansı bir dəlil və sənədə söykənmədən
yalnız bir təqlid olmaq üzrə məzhəbini seçib, xəbərlərini izlədiyi kimsənin məzhəbinə
zidd xüsuslarda Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini eşidəcək olsa, Əbu
Hureyre radıyallahu ənh haqqında danışmağa başlar və öz məzhəbinə müxalif olan
rəvayətlərini çürütməyə cəhd edər. O'nun rəvayətləri öz məzhəbinə uyğun düşdüyü
təqdirdə yenə O'nun rəvayətləriylə O'na müxalifətə dəlil göstərər.
Bu təriqətlərin bəziləri Əbu Hureyre radıyallahu ənh'in mənasını
qavraya bilmədikləri bəzi rəvayətlərini reddetmişlerdir."[1]
İmam İbn Huzeymenin sözünü etdiyi bu kəslərin əksəriyyəti
pozğunluğa düşməklə məşhur olmuşlar. Onların pozğunluqda olduqları da ümmətə
gizli deyildir. Ancaq son olaraq sözünü etdiyi Fukaha qılığına girmiş cahil
adam - ki o Əbu Hənifədir - müstəsna. Sonra bu adam lovğalanaraq müqayisəyə zidd olduğu səbəbiylə
Əbu Hureyre radıyallahu ənh'in sözünü rədd etməyə cəhd edər. Necə ki Fiqh Üsulu
elminə müntesip bəzi kəslər bunu zikr edərlər. Bu kimilərin fikirləri qatqısız
bir pozğunluqdur. Ayrıca İmam Zehebinin bu kimi kəslərə cavabını Siyeru
A'lami'n-Nubela'da [2] görə bilərsiniz.
[1] > Səhih məktu. Hakim, əl-Mustedrek
(3/586)
[2] > Siyeru A'ləm (2/620-621)