27 Aralık 2015 Pazar

Münafiqlər Şeytana Bənzəyirlər.!!

Münafiqlər Şeytana Bənzəyirlər.

Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir.

Haşr surəsi 16


İbn Cərir, Yəhya b. İbrahim əl-Mesû'dî kanalı ilə İbn Məsudun yuxarıdaki ayəylə əlaqədar olaraq belə dediyini rəvayət etmişdir:

Qoyun otlatmakta olan bir qadın var idi. Bu qadının dörd qardaşı da var idi. Qadın gecə bir rahibin monastırına gedib sığı
nırdı. Bir gecə rahib, o qadınla zina etdi. Qadın hamilə qaldı. Şeytan gəlib rahibə: "Qadını öldür, sonra basdır. Çünki sən, sözü təsdiqlənən və dinlənilən bir adamsan.(əgər bilsələr belə iş tutduğunu,o zaman rüsvay olarsan)" dedi.
Rahib, qadını öldürdü. Sonra basdırdı. Digər tərəfdən şeytan qadının qardaşlarının yuxusuna girib onlara belə dedi: "Manastırdaki rahib, bacınızla zina etdi. Onu hamilə buraxınca öldürdü və filan yerə basdırdı."
Sabah olduqda qardaşlarından biri
"Vallahi dünən gecə bir yuxu gördüm, amma bilmirəm, sizə danışım , yoxsa yox?" dedi.
Qardaşları da:
"Xeyr, xeyr danış." dedilər. O da danışdı. Digəri: "Vallahi mən də eyni yuxunu gördüm." dedi. Üçüncüsü də: "Vallahi mən də bu yuxu gördüm." dedi. Və ham birlikdə: "Vallahi bu işin içində bir iş var-." dedilər.
Qaçıb rahibin monastırına getdilər. Onu manastırdan aşağı endirdilər. O əsnada şeytan özlərindən əvvəl rahibə çatıb: "Mən səni bu bəlaya sürüdüm və bundan xilas edə biləcək olan da ancaq mənəm. Bunun üçün də mənə səcdə et ki, səni içinə saldığım bu bəladan qurtarım." dedi. Rahib, ona səcdə etdi. Qadının qardaşları gəlincə, şeytan, rahibdən uzaqlaşdı. Rahibi tutdular və öldürdülər.


(İbn Kəsir, əl Bidayə vən-nihayə, Çağrı Yayınları: 2 / 227-228.)

4 Aralık 2015 Cuma

Allah Rəsulunun ﷺ Dilindən Qardaşlıq!




Mömünlər bir-birinə zülm etməz. (Buxari, Mezalim, 3)

Müsəlman müsəlmana xəyanət etməz. (Müslim, Birr, 32)

Müsəlman müsəlmanın qiybətin etməz. (Müslim, Birr, 70)

Qardaşına kömək edər. (Müslim, Zikr, 37-38)

Cənnətə girmənin yolu, iman və məhəbbətdən keçər.
(Müslim, İman,93)

Qardaşına qarşılaşdıqca salam verər. (Əbu Davud,
Ədəb,135)

Allah üçün sevər, Allah üçün ziyarət edər. (Əbu Davud,
Ədəb, 113 )

Mömin qardaşından dua istər. (Əbu Davud, Vitr, 23)

Mömin mömimə qiyabında dua edər. (Muslim, Zikir, 86)

Bir vücud kimidir. (Buxari, Salat, 66)

Qardaşına həsəd və nifrət etməz. (Müslim, Birr, 32)

Onun satışı üzərinə satış etməz. (Buxari, Büyü,64)

Pis zənndən qorunsun. (Müslim, Birr,28-34)

Müsəlmanların gizli hallarını araşdırmaz. (Əbu Davuf, Ədəb, 37)

Heç bir yaxşılığı az görməz. (Müslim, Birr, 144)

Müsəlmanın başına gələn fəlakətə sevinməz. (Tirmizi, Qiyamət, 54)

Müsəlmana ""kafir" deyə xitab etməz. (Buxari, Ədəb, 73; Müslim, İman, 111)

Uzun müddət küsülü və incikli qalmaz. (Buxari, Ədəb, 62)

Özü üçün istədiyini, qardaşı üçün də istər. (Buxari,
İman,7)

Müsəlman qardaşını qonaq edər. (Buxari,Ədəb, 31)

Qardaşına yük olmaz. (Müslim, Lukata, 25, 16)

Qul haqqına diqqət edər. (Buxati, Ahkam, 20)

Hər cür vəziyyətdə qardaşına kömək edər. (Buxari,
Məzalim, 4)

Müsəlmanın müsəlman üzərində haqları vardır. (Müslim, Səlam, 4)

Xəstələndikdə ziyarət edər. (Müdlim, Birr, 40, 42)

Cənazənin arxasından dua edər. (Əbu Davud, Cənaiz, 69)

İbn Qeyyim (rahiməhullah)'dan İncilər



İbn Qeyyim rahiməhullah belə deyir:

"Qulun Allah qarşısında iki duruşu vardır.

➡Birinci duruş namazda onun qarşısında durmaq
➡İkinci duruş isə qiyamət günü onun qaşısında durmaqdır!

Kim birinci duruşu haqqıyla durarsa ikincisi onun üçün asanlaşdırılar
Yox əgər birinci duruşda sehlənkar olub onun haqqını verməzsə ikinci duruş onun üçün çətinləşdirilər "

əl-Fəvaid İbn əl- Qeyyim


Yenə İbn Qeyyim rahiməhullah belə deyir :

Allahın elçisi Muhəmməd sallallahu əleyhi və səlləm  təqva və gözəl əxlaqı özündə cəm etmişdi.

1. Şübhəsiz ki, təqva qulla Rəbbi arasında olanları,
2. Gözəl əxlaq isə onunla insanlar arasında olanları düzəldir və islah edir.

Qulun təqvalı olmasa Allahın onu sevməsinə,
Gözəl əxlaq sahibi olması isə insanların onu sevməsinə gətirib çıxarır .

Fəvaid əl-Fəvaid səh 18

İmam Əvzai r.h'dən Gözəl Tövsiyə!

AbdurRahman Əvzai (Allah ona rəhmət eləsin) buyurur:

Çalış Sələfin izi ilə get hətta bütün insanlar səni tərk eləsələr belə. Çalış başqa insanların fikirlərindən qaç hətta onların sözlərini bəzəyib sənə desələr belə.

Fi uluv Muxtasar İmam Zəhəbi səhifə 138