Qurbanlıqlara Diqqət!

                                

                         Qulağı Sırğalanmış Heyvan Qurban Olmaz!



Bismilləh!


İndiki vaxtda əkinçilik müdirlikləri tərəfindən heyvanların qulaqlarına sırğa ilişməkdədir. Şübhəsiz bu şeytanın sapdırmalarının qalib gəlməsi səbəbiylədir. Allah Təala Şeytanın belə dediyini xəbər vermişdir:


وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُبِينًا


"Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır." (4 Nisa' 119)


‘Əli radıyallahu ənh hədisi, heyvanın qulağına hər cür müdaxilədə o heyvanın qurbanlıq (akika və nəzir daxil) ola bilməyəcəyi barəsində açıqdır. İnsanların əksəriyyəti bu nəbəvi hadisə müxalif çıxaraq belə bir heyvanın qurban ola biləcəyini söyləməkdədirlər. Şübhəsiz bu açıqca sünnəyə müxalifətdir!

Allah rəsulu sallallahu əleyhi və səlləm qulağına müdaxilə ədilmiş heyvanların qurban edilməsini qadağan edərkən, kəlamçı ədalarla "Bu qadağan bütlərə adanan heyvanlar haqqında idi" sözü kimi dəlilsiz və qəribə danışıq apərənlər,Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsinə müxalifət qapısı açmaqdadırlar. Rəsulullah sallallahu əleyhi və selləmin sözü qarşısında belə sözləri - kimə aid olursa olsun - ancaq tualetə təyin edərik! Necə ki İmam Şa'bi rahimehullah, Nəbi sallallahu əleyhi və selləmin hədislərinə şəxsi fikirləriyə etiraz edən belə kəslər haqqında: "Bunların Allah rəsulundan nəql etdiklərini alın, öz fikirlərini isə tualetə atın" deyərdi.

Qulağına müdaxilə ədilmiş heyvanların qurban edilməsi qadağan edilmişdir. ‘Əli radıyallahu ənh izah edir:


أَمَرَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ نَسْتَشْرِفَ العَيْنَ وَالأُذُنَ، وَأَنْ لَا نُضَحِّيَ بِمُقَابَلَةٍ، وَلَا مُدَابَرَةٍ، وَلَا شَرْقَاءَ، وَلَا خَرْقَاءَ


"Rəsulullah sallallahu əleyhi və səlləm, (qurbanlıq olaraq kəsəcəyimiz heyvanın) göz və qulaqlarına diqqət yetirməmizi: ‘Qulağı öndən dəlinmişi və ya arxadan dəlinmişi və ya ortadan yarılmışı və ya yumru dəlinmişi qurban etməyin' deyə əmr etdi. "[1]

Hədisin Səhhəti Haqqında Birinci Etiraz:


Hədisin isnadındakı raviler etibarlıdır. Ancaq Darekutni, Əbu İshakın Şureyh b. Numandan eşitmədiyini, bunu İbn Eşva' yoluyla Şureyhdən rəvayət etdiyini söyləyərək xəstəlikləndirmişdir. [2]


Cavab:


Bu vəziyyət, hədisin səhhətinə zərər verməz. Əksinə isnadı qüvvətləndirər. Çünki Sa'id b. ‘Əmr b. Eşva sikadır. Beləcə Əbu İshakın Şureyh b. Numandan eşidib eşitmədiyinə dair tedlis şübhəsi ortadan qalxar.


Ziya'u'l-Makdisi, Tirmizi, İbn Cərir ət-Taberi, İbn Hibban, Hakim və Zehebinin də dedikləri kimi hədisin isnadı səhihdir.

İbn Həzm rəvayət yollarını zikr etdikdən sonra "Xəbər səhih olaraq sabit olmuşdur" demişdir. [3] Şu'ayb əl-Arna'ut Musned təhqiğində hasen demişdir.


İkinci Etiraz:


Şeyx Elbani, Əbu İshakın ihtilata uğraması və Şureyh b. Numan'ın məchula yaxın olması səbəbiylə zəif saymışdır.


Cavab:


Şeyx əl-Elbani, Səhihi Sunəni Nəsəsi'də "Qulaqlarına və gözlərinə yaxşıca diqqət yetirməmizi əmr etdi" qisiminin səhih olduğunu söyləmişdir. İrvau'l-Galil'de isə rəvayət yollarının cəmi ilə səhih demişdir. [4]
Əbu İshak es-Sebii'yə gəlincə, etibarlı bir ravi olub bunu özündən on bir fərqli ravi rəvayət etmişdir. Bu raviler:
1- Ziyad b. Hayseme[5] : sikadır.
2- İsrail b. Yunus[6] : Əbu İshak'ın əshabələrindən ən möhkəm olanıdır.
3- Kays b. Rebi[7] : Saduktur. Əbu İshakın, bu hədisi Sə'id b. Eşvadan, onun da Şureyh b. Numan'dan eşitdiyi bu tariq ilə sabit olmuşdur.
4- Zuheyr b. Muaviye[8] : Əbu İshak'dan ihtilata uğramasından sonra da rəvayət etmişdir. sikadır.
5- Əbu Bəkr b. Ayyaş[9] : saduktur.
6- ‘Əli b. Salih[10] : sikadır.
7- Şureyk b. ‘Abdillah[11] : Saduktur, hifzi pisdir.
8- Zekeriya b. Əbi Zaide[12] : Əbu İshak'dan ihtilata uğramasından sonra da eşitmişdir. Sikadır.
9- Yunus b. Əbi İshak[13] : saduktur.
10- Hudeyc b. Muaviye[14] : saduktur.
1- əl-Cərrah b. Dahhak[15] :saduktur. Əbu İshak'ın bu hədisi Sə'id b. Eşvadan,onun da Şureyh b. Numan'dan eşitdiyi bu tariq ilə də sabit olmuşdur.

Necə ki İsrail b. Yunus, Zuheyr b. Müaviyə və Zekeriya b. Əbi Zaidenin Əbu İshak'dan rəvayətlərinin ən möhkəm rəvayətlər olduğu ifadə edilmiş, Buxari və Müslim İsrail yoluylaİshak"dan rəvayət ətmişlər. [16] Yenə Sufyan əs-Sevri bunu; Sə'id b. Eşva - Şureyh b. Numan - Əli radıyallahu ənh yoluyla rəvayət etmişdir. Şureyh b. Numan belə demişdir:


كنت عند علي فسأله رجل عن الأضحية فقال لا مدابرة ولا مقابلة ولا شرقاء سليمة العين والأذن


"Əli radıyallahu ənhin yanında idim. Biri ona qurbanlıq haqqında soruşdu. Əli radıyallahu ənh dedi ki: "Qulağı arxadan və ya öndən dəlinmişi, ortadan yarılmışı qurban olmaz. Gözü və qulaqları möhkəm olmalıdır."[17] Burada rəvayət məvkuf gəlmiş, Darekutni də məvkuf  olmasını seçmişdir. İbn Əbi Xəttim isə, Cərrah b. Dahhak - Əbu İshak - Sə'id b. Eşva - Şureyh - Əli radıyallahu ənh yoluyla merfu rəvayətini seçim etmişdir.[18] Şureyh b. Numan haqqında Əbu İshak əs-Sebii və ondan təsdiq ilə; İbn Həcər: "saduk" demişlər.

Şeyx əl-Elbani də Daifu Əbi Davudda məvkuf olaraq səhih olduğunu qəbul etmişdir.

Hədisin merfu olduğunun şahidlərinə gəldikdə:
1- Əbu Məsud əl-Ənsarı radıyallahu ənh dedi ki: Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:


لا يضحى بمقابلة و لا مدابرة و لا شرقاء و لا خرقاء و سلم العين و الأذن


"Qulağı öndən dəlinmiş, arxadan dəlinmiş, ortadan yarılmış və yumru dəlinmiş olan, gözü və qulağı möhkəm olmayan heyvanı qurban kəsməyin"[19]


2- Əli radıyallahu ənhdən:


أمرنا رسول الله صلى الله عليه و سلم أن نستشرف العين والأذن


"Rəsulullah sallallahu əleyhi və səlləm bizə qurbanlıq heyvanların gözlərini və qulaqlarını yaxşıca yoklaməğımızı əmr etdi. "[20]


3- Huzeyfe radıyallahu ənhdən:



أَمَرَنَا رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ - أَنْ نَسْتَشْرِفَ الْعَيْنَ، وَالْأُذُنَ


"Rəsulullah sallallahu əleyhi və səlləm bizə (qurbanlıq heyvanların) gözlərini və qulaqlarını yaxşıca yoklaməğımızı əmr etdi"[21] 4- İbn Məsud radıyallahu ənhdən:


أمَرَنا رسولُ اللهِ صلى الله عليه وسلم أَنْ نَستشرِفَ العينَ والأُذنَ في الأَضاحي


"Rəsulullah sallallahu əleyhi və səlləm bizə qurbanlıq heyvanların gözlərini və qulaqlarını yaxşıca yoklaməğımızı əmr etdi"[22]

Hər kəs xatə ətdi, Mənmi Doğrusunu Tapdım?

Əksəriyyətin haqqa müxalif çıxdıqları bu kimi mövzularda tez-tez eşitdiyim sözlərdən biri bu: "Səndən yaxşı bilən alimlər bu səhvi fərq etmədilər də, sənmi fərq etdin?"Məsələ, alimlərin fərq edib etməməsi məsələsi deyil, kitab və sünnə naslarından bizə çatanlara tabe olma məcburiyyətimizdir. Bununla birlikdə, Allaha həmd olsun, heç bir məsələdə tək qaldığım bir fikiri dilə gətirmədiyim kimi, bu mövzuda da haqqa isabət edən və batilə qarşı çıxan alimlər köhnədən bəri mövcuddur. Bu alimlərdən bəzisini beləcə məselləndirə bilərəm:

İmam Əhməd b. Hənbəl belə demişdir:


لَا تُجْزِئُ الْأُضْحِيَّةُ بِأَعْضَبِ الْقَرْنِ وَالْأُذُنِ؛ لِهَذَا الْحَدِيثِ

"Bu hədisdən ötəri buynuzu və qulağı kəsik heyvan, qurban olaraq etibarlı olmaz. "[23]İmam Əhmədin bu sözünü yazan İbn Kəsr, eyni yerdə qurban edilməyə mane olan digər qüsurları da saydıqdan sonra, "hədisin açıq ifadəsiylə, bu qüsurları daşıyan heyvanın qurban edilməsi etibarsız olar" demişdir.


Əbu Cəfər ət-Tahavi belə demişdir:


فَفِي هَذِهِ الْآثَارِ النَّهْيُ عَنِ الْأُضْحِيَّةِ بِمُقَابَلَةٍ , أَوْ مُدَابَرَةٍ , وَذَلِكَ فِي الْأُذُنِ , مَا كَانَ مِنْ ذَلِكَ مِنْ قُبَالَةِ الْأُذُنِ , فَهُوَ مُقَابَلَةٌ , وَمَا كَانَ مِنْ أَسْفَلِهَا , فَهُوَ مُدَابَرَةٌ . .. . فَثَبَتَ بِذَلِكَ مَا نَهَى عَنْهُ مِنْ ذَلِكَ فِي الْأُذُنِ , وَلَمْ يَجُزْ لَنَا تَرْكُهُ , .. . فَلَمَّا لَمْ يُعْلَمْ نَسْخُ حَدِيثِ عَلِيٍّ بَعْدَمَا قَدْ عَلِمْنَا ثُبُوتَهُ

"İşdə bu rəvayətlərdə qulağı öndən ya da arxadan kəsilmiş qurbanlığın qurban edilməsi qadağan edilməkdədir. Əgər qulaq öndən kəsilmişsə buna "qarşılıq", alt tərəfindən kəsilmişsə ona "mudabere" deyilər… İşdə bununla, qulaqları nə şəkildə kəsilmiş olursa olsun, belə bir heyvanın qurban edilməsi bizə qadağan edilmiş və laqeyd yanaşmamız caiz olmayan bir xüsus sabit olmuşdur… Əli radıyallahu ənh hədisi sabit olub nəsh edildiyi bilinmemektedir"[24] Kurtubi Nisa surəsi 118-119. Ayəsinin təfsirində belə demişdir:



وَلَمَّا كَانَ هَذَا مِنْ فِعْلِ الشَّيْطَانِ وَأَثَرِهِ أَمَرَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ (أَنْ نَسْتَشْرِفَ  الْعَيْنَ وَالْأُذُنَ وَلَا نُضَحِّيَ بِعَوْرَاءَ وَلَا مُقَابَلَةٍ وَلَا مُدَابَرَةٍ وَلَا خَرْقَاءَ وَلَا شَرْقَاءَ) أَخْرَجَهُ أَبُو دَاوُدَ عَنْ عَلِيٍّ قَالَ: أَمَرَنَا، فَذَكَرَهُ. الْمُقَابَلَةُ: الْمَقْطُوعَةُ طَرَفَ الْأُذُنِ. وَالْمُدَابَرَةُ الْمَقْطُوعَةُ مُؤَخَّرَ الْأُذُنِ. وَالشَّرْقَاءُ: مَشْقُوقَةُ الْأُذُنِ. وَالْخَرْقَاءُ الَّتِي تَخْرِقُ أُذُنَهَا السِّمَةُ. وَالْعَيْبُ فِي الْأُذُنِ مُرَاعًى عِنْدَ جَمَاعَةِ الْعُلَمَاءِ.


"Bu kimi tətbiqlər şeytanın işi və onun təsirindən ortaya çıxdığı üçün "Rəsulullah sallallahu əleyhi və səlləm bizlərə, (qurban edəcəyimiz heyvanların) gözlərini, kulakları­nı yaxşıca tədqiq etməmizi və bir gözü kor, qulağının bir tərəfi kəsilmiş, gula­ğının arxa qisimi kəsik, qulağı dəlinmiş və qulağı yarılmış davarları qurban etməməmizi əmr etmişdir. Bunu, Əbu Davud, Əlidən rəvayət etmişdir. Əli dedi ki; Rəsulullah sallallahu əleyhi və səlləm bi­ze "... əmr etdi" deyərək hədisi zikr etdi." Alimlərdən bir birliyə görə qulaqdakı qüsura diqqət yetirilməsi lazımdır. "[25]


Kurtubi, bu cümlələrdən sonra məzhəb alimlərinin dəlilsiz şərhlərlə bu qadağanı necə şərh etdiklərini nəql edər ki, hədisin açıq ifadəsindən sonra bu şərhlər bizi əlaqədar etməz.


Xülasə: Qulağına müdaxilə ədilmiş qurbanlıq, nə qurban olaraq, nə nezir olaraq və nə də akika olaraq yerinə gəlməz. Əbu Muazın fikirini təqlid edənlərə də, başqasının fikirini təqlid edənlərə də təqlid haramdır. Ancaq zikr etdiyimiz dəlillərə tabe olmaq vacibdir. Kim olarsa olsun, dəlilsiz olaraq Allah və rəsulunun sözlərinə zidd söz söyləyənin sözü divara çarpılar, geriyə hüccet olaraq yalnız və yalnız Allah və rəsulunun sözləri qalar.



[1]  Səhih. Əhməd (1/83, 101, 127, 129, 137, 150); Tirmizi (1498); Əbu Davud (2804-2806); Nesəi (4372-74); İbn Macə (3142); Darımı (1952); Ziya'u'l-Makdisi, əl-Muxtara (2/113-116 nömrə: 487-488); Hakim (4/249); İbnu'l-Carud, əl-Munteka (906); Beyhaki (9/275); Darekutni, əl-'İlel (3/239) Darekutni əl-Mu'telef vəl-Muhtelef (2/49).
[2]  Darekutni əl-İlel (3/238)
[3]  əl-Muhalla (7/359-360)
[4]  İrvau'l-Galil (4/364)
[5]  Nəsəi (4375) Tahavi Şərhi Meani'l-Asar (6193) Ziya (2/115)
[6]  Hakim (4/249) Ziya (2/115) Beyhaki (9/275) Darımı (2/106) Buxari Tarix (4/230)
[7] Ziya (2/116) Hakim (4/249) Veki Ahbaru'l-Kudat (3/13)
[8]  Əhməd (1/108, 149) Əbu Davud (2804) Nəsəi (4373) Ziyau'l-Makdisi (2/113) Tahavi Şərhi Meani'l-Asar (6194)Nəsəi Sunenu'l-Kubra (4463) Beyhaki (9/275)
[9]  Əhməd (1/80) Nəsəi (4374) Nəsəi Sunenu'l-Kubra (4464) İbn Macə (3142) Ziya əl-Makdisi (2/114) İbnu'l-Carud (906)
[10] Əhməd (1/128) Ziya (2/115)
[11]  Tirmizi (1498) Ziya (2/115)
[12] Nəsəi (4372) Nəsəi Sunenu'l-Kubra (4462) Ziya (2/115)
[13] Ziya (2/115)
[14] Ziya (2/115)
[15]  Ziya (2/116) Darekutni əl-İlel (2/239)
[16]  Baxın. əl-İgtibat bi-men Rumiyə mine'r-Ruvvat bil-İhtilat (1/273).
[17]  Səhih həbs olunmuş. Darekutni əl-İlel (3/239) Ziya (2/116) Buxari Tarix (4/229)
[18]  İbn Əbi Xəttim əl-İlel (1606)
[19]  Hasen ligayrihi. Taberani (17/243) isnadında Abdulgaffar b. Qasım zəifdir.
[20]  Səhih. Nəsəi (4376) Tirmizi (1503) İbn Macə (3143) Tayalisi (160) İbn Huzeyme (2915) Hakim (1/641, 4/250) İbn Hibban (13/243) Əhməd (1/152) əl-Elbani Səhihi İbn Huzeyme təhqiğində: "Hasen, səhih" demişdir.
[21]  Səhih ligayrihi. Bezzar (7/333)
[22]  Səhih ligayrihi. Musannefatu İsmayıl əs-Saffar (528) Əbu Ubeyde, atası ibn Məsud radıyallahu ənhdən eşitməmişdir.
[23]  İbn Kəsr Təfsiri (5/422)
[24]  Tahavi, Şərhi Meani'l-Asar (6193-6198 nolu rəvayətlərin şərhi. Tərcüməsində: nömrə: 6057-6060, cilt 6 s. 361)
[25]  Kurtubi (5/390)




                                         Əbu Muaz Seyfullah Erdoğmuş

Hiç yorum yok:

Yorum Gönder