İslama Giriş və Ondan Çıxış

                                  İslama Giriş və ONdan Çıxış

Bismilləh.

Həmd Allah üçündür, salat və salam Allahın rəsulu Muhəmmədə, ailəsi və səhabələrinin üzərinə olsun.
Bundan sonra: Ey müsəlman qardaşım! Allah bizə də, sənə də mərhəmət etsin. Bunu yaxşı bil ki hər müsəlman kişi və qadın bu üç əsası bilmək məcburiyyətindədir:
Qul, rəbbini, dinini və nəbisi Muhəmməd sallallahu əleyhi və selləmi bilməlidir.
Rəbbimiz: Bizim də, bütün aləmlərin də rəbbi olan Allah Azze və Celledir. ONdan başqa özünə ibadət etdiyimiz bir şey yoxdur.

Dinimiz: İslamdır. Bu, Allahı birleyerek, ONA boyun əyərək itaət etmək, şirkdən və şirk əhlindən uzaqlaşmaq surətiylə təslim olmaqdır.

Nəbimiz: Ərəblərin Qureyş qəbiləsindən; Muhəmməd b. Abdillah b. Abdilmuttalib b. Haşim sallallahu əleyhi və selləmdir. O Halilu'r-Rahman İbrahim aleyhissələmin oğulu olan İsmayıl aleyhissələmin soyundandır.

Dinin əsli və qaidəsi bu iki şeydir:

Birincisi: Ortaq qoşmadan yalnız Allaha qulluq etmək və bunun üçün çalışmaq, bunun üçün dostluq etmək və bunu tərk edənləri təkfir etməkdir.

İkincisi: Allaha qulluqda şirkdən çəkindirmək, bu mövzuda sərt davranmaq və bundan ötəri düşmənlik etməkdir.

La ilahə illəllah Sözünün Şərtləri

1- Elm: Dilin söylədiyi "La ilahə illəllah" sözü ilə nəyin rədd edildiyinin və nəyin qəbul edildiyinin ürək ilə bilinməsi lazımdır. Allah Təala belə buyurmuşdur: "Bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur" (47 Muhəmməd 19) Bu ayədə, bilmək, la ilahə illah sözündən əvvəl zikr edilmişdir.

Yenə Allah Azze və Celle belə buyurmuşdur: "Bilərək haqqa şahidlik edənlər müstəsna" (43 Zuxruf 86) Yenə bu ayədə haqq söz olan "la ilahə illəllah"a bilərək şahidlik etmək zikr edilmişdir.

Yəni; Allahdan başqa özünə ibadət edilməyə layiq haqq məbud yoxdur. İbadət: Allahın sevdiyi və razı olduğu; gizlidə və açıqda deyilən söz və edilən əməllərdir.

2- Yəqin: Şübhə və tərəddüdü ortadan qaldıran tam bir məlumatdır. Allah Təala belə buyurmuşdur: "Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!" (49 Hucurat 15)

Cunade b. Əbi Umeyye, Ubade b. Samit radıyallahu ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Hər kim: "Allahdan başqa ibadətə layiq haqq ilah olmayıb, ONun bir olduğuna, Muhəmmədin ONun qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və qulunun oğulu olduğuna, ONun, Məryəmə buraxdığı sözü və özündən bir ruh olduğuna, cənnət və cəhənnəmin haqq olduğuna şahidlik etsə, Allah onu, səkkiz qapısından dilədiyindən cənnətə soxar. "1

3- İxlas: Bu şirki ortadan qaldıran səmimiyyətdir. Allah Təala belə buyurmuşdur: "Bil ki, xalis din ancaq Allaha məxsusdur." (39 Zumər 3)
Yenə belə buyurmuşdur: "Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa dönərək  ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" (98 Beyyinə 5)

Mahmud b. ər-Rebi belə dedi: "İtban b. Malik radıyallahu ənhin belə dediyini eşitdim: "Biri: "Malik b. et-Duhşum harada?" deyə soruşduqda, başqa biri: "O aramızda bir münafiqdir. Allahı və rəsulunu sevməz" dedi. Bunun üzərinə Nəbi sallallahu əleyhi və səlləm: "Nə üçün ona belə deyirsiniz? O: "Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur" deyərək, bununla Allahın razılığını istəmədimi?" Adam: "Bəli" dedi. Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "Şübhəsiz bu sözü yerinə yetirən qula qiyamət günü Allah cəhənnəmi haram edər. "2

Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "La ilahə illəllah" deyənlərdən, ürəyində arpa ağırlınca xeyr olanların cəhənnəmdən çıxarılması əmr edilər. Sonra "la illahe illəllah" deyənlərdən ürəyində zərrə ağırlığındə xeyr olanların cəhənnəmdən çıxarılması əmr edilər. Sonra "la ilahə illəllah" deyənlərdən ürəyində buğda dənəsi ağırlığındə xeyr olanların çıxarılması əmr edilər. "3

4- Söhbət: La ilahə illəllah sözünü və bu sözün dəlalət etdiyi şeyləri sevmək və bundan sevinc duyməkdır. Allah Təala belə buyurmuşdur: "İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir." (2 Bəqərə 165)


Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: ""Bu üç şey kimdə olsa imanın dadını alar: Allah və rəsulunu, bu ikisi xaricindəki hər şeydən daha çox sevən, bir kimsəni yalnız Allah üçün sevən və Allah özünü ondan qurtardıqdan sonra küfrə dönməkdən eynilə atəşə atılmaqdan nifrət etdiyi kimi nifrət edən. "4

5- Sədaqət: Yalanı ortadan qaldıran və münafiqliyə mane olan düzgünlükdür. Allah Təala belə buyurmuşdur: "Sınanacaqlar ki, Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!" (29 Ənkəbut 3)
"Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir." (39 Zumər 33)

6- Haqqlarını yerinə yetirmək: Bu, Allah üçün səmimiyyətlə və ONun razılığını tələb edərək fərz əməlləri yerinə yetirməkdir. Allah Təala belə buyurmuşdur: ") Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun." (39 Zumər 54)
"Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur." (31 Loğman 22)

7- Qəbul: Rəddin zidd ididir. La ilahə illəllah sözünü bilərək söyləyən, lakin bu sözün gərəklərini, fanatizm və təkəbbürlənmə səbəbiylə qəbul etməyən kimsə bu şərti yerinə yetirməmiş olar. Allah Təala belə buyurmuşdur: "Onlara: “Allahdan başqa haqq ilah yoxdur!” deyildiyi zaman təkəbbür göstərirdilər." (37 Saffat 35)

İslamı Pozan Şeylər

Ey müsəlman qardaşım! Bil ki İslamı pozan şeylərin ən əhəmiyyətliləri bunlardır:

Birincisi: Allah Təalaya İbadətdə Ortaq Qmaq

Allah Təala belə buyurmuşdur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar." (4 Nisa 48)
Allahdan başqası üçün qurban kəsmək, məsələn cinlər üçün və ya qəbir üçün qurban kəsmək şirkdəndir.
Əbu Vail, Abdullah b. Məsud radıyallahu ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "Kim Allaha ortaq qoşduğu halda ölsə cəhənnəmə girər." İbn Məsud radıyallahu ənh dedi ki: "Mən də belə deyirəm: Kim Allaha heç bir şeyi ortaq qoşmadan ölsə, cənnətə girər. "5


İkincisi: Allah ilə Arasında Vasitə Əldə etmək

Bu vasitəsilərə dua etmək, onlardan istəkdə tapılmaq və onlara təvəkkül etmək.
Allah Təala belə buyurmuşdur: "Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət et!.Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub  özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!" (39 Zumər 2-3)

"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”(10 Yunus 18)

Üçüncüsü: Müşrikləri Təkfir Etməmək, Onların Kafir Olduqlarından Şübhə Etmək və ya Yollarını Doğru Görmək Küfrdür

Allah Təala belə buyurmuşdur: "Kitabdan bir pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”, deyirlər. Onlar Allahın lənət etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!" (4 Nisa 51-52)

"Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” deyənlər kafir oldular. Halbuki Məsih  belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”Allah üçün üçüncüsüdür!” deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir." (5 Maidə 72-73)

Dördüncüsü: Nəbi sallallahu əleyhi və selləmin Yolundan Başqasının Daha Mükəmməl Olduğuna, Başqasının Hökmünün Daha Gözəl Olduğuna İnanmaq

Məsələn tagutların hökmünü, Rəsulullah sallallahu əleyhi və selləmin hökmündən üstün görən kafir olar.

Allah Təala belə buyurmuşdur: "Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər." (4 Nisa 60)

Beşincisi: Rəsulullah sallallahu əleyhi və selləmin Gətirdiyi Bir Şeyə Hirslənən, Onunla Əməl Edir Olsa dahi Kafir Olar

Allah Təala belə buyurmuşdur: "Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar." (4 Nisa 65)

Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "Heç biriniz, məni uşağından, atasından və bütün insanlardan daha çox sevmədikcə iman etmiş olmaz. "6

Altıncısı: Dindən Bir Şeylə, Savabıyla və ya Cəzasıyla istehza (Lağ) Edən Kafir Olar

Allah Təala belə buyurmuşdur: "De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!.üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz." (9 Tövbə 65-66)
"Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!." (4 Nisa 140)

Yeddincisi: Sehr (Cadu) Etmək və ya Bundan Razı Olmaq Küfrdür

Allah Təala belə buyurmuşdur: "Halbuki bu iki mələk: "Biz ancaq bir imtahanıq, kafir olma!" demədikcə, heç kimə bir şey öyrətməzdilər" (2 Bəqərə 102)

Səkkizincisi: Müşriklərə Dəstək Olmaq və Müsəlmanlara Qarşı Onlara Kömək etmək

Allah Təala belə buyurmuşdur: "Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!." (9 Tövbə 23-24)

"Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!." (4 Nisa 89)

"Munafiqlərə müjdə ver ki, onlardan ötrü şiddətli əzab var.O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!." (4 Nisa 138-139)

"İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.Onlar etdikləri pis əməldən əl çəkmirdilər. Onların gördükləri iş necə də pis idi!.Onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi əzaba düçar olanlardır!.Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər!." (5 Maidə 78-81)

"İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər (ənsar) məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!. Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.İman gətirib köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və sığınacaq verib kömək edənlər (ənsar) məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir!.Sonradan iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər də sizdəndirlər. Qohumlar Allahın Kitabında bir-birinə daha uyğundurlar. Həqiqətən, Allah hər şeyi biləndir!." (8 Ənfal 72-75)

"Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən  kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir!.De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir!." (3 Ali-İmran 28-29)


"Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?.Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!.Tövbə edənlər, özlərini islah edib düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə Allah böyük mükafat verəcəkdir!.
Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!.
" (
4 Nisa 144-147)

"Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!.Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”, - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən  peşman olsunlar." (5 Maidə 51-52)

"Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!.Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır." (5 Maidə 57-58)

"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa. Siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!
2 - Əgər onlar sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər.
" (
60 Mumtəhinə 1-2)

Doqquzuncusu: Bəzi İnsanların Muhəmməd Sallallahu əleyhi və selləmin Şəriətinin Xaricinə Çıxa biləcəyinə İnanan Kafirdir

Allah Təala belə buyurmuşdur: "Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!.İman gətirdikdən, Rəsulun haqq olduğuna şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!.Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır!.Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara baxılmayacaqdır!. Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!.İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!. Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara heç bir kömək edən olmaz!." (3 Ali-İmran 85-91)

Onuncusu: Allahın Dinindən Üz çevirmək, Onu Öyrənməmək və Onunla Əməl Etməmək

Allah Təala belə buyurmuşdur: "Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?!." (32 Səcdə 22)

"(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? demişdi. Onlar da: “Təsdiq etdik!” deyə cavab vermişdilər.Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!. Bundan sonra üz döndərən kəslər fasiqlərdir .Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar." (3 Ali-İmran 81-83)

"İtaət etmək və gözəl bir söz demək. İş qətiləşdiyi zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!. Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!.Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!." (47 Muhəmməd 21-23)

"Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz.Kafir olanları şiddətli bir əzabla müjdələ!." (9 Tövbə 3)

"Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın!. Kafir olanları, insanları Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!. Buna görə də zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!." (47 Muhəmməd 33-35)

"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!. De: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!." (3 Ali-İmran 31-32)

Ey Müsəlman qardaşım! Allah səni haqqa hidayət etsin. Bil ki, İslamı pozan bu maddələri, zarafatla, ciddi olaraq və ya qorxuyla işləmək arasında fərq yoxdur. Ancaq ikrah edilərək məcbur edilən bunun xaricindədir. Bunların hər biri böyük təhlükədir. Çoxu da meydana gəlməkdədir! Müsəlmanın bunlardan çəkinməsi və özü üçün bunlardan qorxması lazımdır. Qəzəbini və can yandırıcı əzabını tələb edən işlərdən Allaha sığınarıq.

1 Buxari və Muslim rəvayət etmişlər. 
2 Buxari və Muslim rəvayət etmişlər. 
3 Buxari və Muslim rəvayət etmişlər. 
4 Buxari (16) Muslim (43) 
5 Buxari və Muslim rəvayət etmişlər. 
6 Buxari və Muslim rəvayət etmişlər.  


                                                     Əbu Muaz əl-Çubukabadi


Hiç yorum yok:

Yorum Gönder