Miskinlərin Güzgüsü

                                         Miskinlərin Güzgüsü




Şübhəsiz həmd Allahadır. O’na həmd edər, O’ndan kömək istər və O’ndan bağışlanma diləyərik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Allaha sığınarıq. Allahın hidayət etdiyini sapdıracaq yoxdur, O’nun sapdırdığını da hidayət edəcək yoxdur. Şahidlik edərəm ki Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, və şəriğidə yoxdur,bir və təkdir.Yenə şahidlik edərəm ki Məhəmməd sallallahu əleyhi və səlləm Allahın qulu və rəsuludur.

Şübhəsiz həmd Allahadır. O’na həmd edər, O’ndan kömək istər və O’ndan bağışlanma diləyərik. Nəfslərimizin şərindən və əməllərimizin pisliklərindən Allaha sığınarıq. Allahın hidayət etdiyini sapdıracaq yoxdur, O’nun sapdırdığını da hidayət edəcək yoxdur. Şahidlik edərəm ki Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, və şəriğidə yoxdur,bir və təkdir.Yenə şahidlik edərəm ki Məhəmməd sallallahu əleyhi və səlləm Allahın qulu və rəsuludur.

Bundan sonra:

Bir çox kimsəylə qarşılaşdım ki, özü məzhəb təqlidini müdafiə etdiyi halda "Allahın endirdiklərindən başqasıyla hökm edənlər kafirlərin də özləridir" ayəsini istifadə edərək, bütün idarəçiləri təkfir edir, bununla da qalmayıb sıra onlara səs verən; idarə olunanlara gəlir. Onların günahları Allahın dinini buraxıb, demokratiya və buna bənzər küfr sistemlərinə uyğun gəlmələri!
Yaxşı ey qafil! Sənin günahın nədir ki bu idarəçilər sənə müsəllət edilmiş heç düşünmürsənmi? Allah Azze və Celle səbəbini açıqlayır: " Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik.." (6 Ən'am 129)

Sən, Allah və rəsuluna uyğun gəlmənin önünə məzhəbini, imamını, müəllimi, camaatını, müqayisəni keçirdiyin halda, zalımlardan hesab soruşa biləcəyinimi sanırsan? Nə zamana qədər özünü aldadacaqsan?

Ey cumhuriyət idarəsindən şikayət edən! Bu fasiq və zalımlar sənin dövlətini cumhuriyətlə idarə edir, yaxşı ya sən, ondan daha çirkinini etdiyini nə vaxt fərq edəcəksən?! Bəli, sən daha çirkinini edirsən! Onlar sənin dünyanı cumhuriyətlə - yəni əksəriyyətin görüşüylə- idarə edir, sən isə dinini cumhuriyətlə idarə edirsən! Allah və rəsulunun açıq əmrlərinə, “cumhur’un” görüşü ya da hərəkətiylə müxalif çıxmır sanmı! Vallah belə edirsənsə sən daha xəbis bir cumhuriyətçisən!.

Bu yolda çox tökezleyen var, bəlkə tək deyilsən! Lakin tabe olanlarının çoxluqları, məşhurluqları və böyüklükləri,  səhvi səhv olmaqdan çıxarmaz! İki ya da daha çox səhv, bir doğru etməz! Yenə tabe olanlarının azlığı, zəiflikləri və kiçiklikləri haqqın dəyərini salmaz.
Keçdiyimiz illərdə miskinlərin qabaqda gedənlərindən birinin, Allaha və rəsuluna tabe olmanın önünə nə cumhuru, nə məzhəbləri nə də müqayisəni keçirməyənlər haqqında "Miskinlər" deyib danışdığına şahid olduq. Olar da bir gün Allah ona güzgüye baxmağı, öz halını görməyi nəsib edər deyə gözlədik. Olmadı, buyursun biz ona və bənzərlərinə həqiqəti göstərən güzgünü tutaq ki, gerçək miskinlər kimlərmiş, bəlkə görərlər:

Miskinlər; Rəsulullah sallallahu əleyhi və selləm’ə tabe olmanın zövqünü dadmayanlardır.
Onlar, Şeyx İbn Bəzin, Şeyx İbn Useyminin və ya İmam İbnu'l-Qayyım'ın, İbn Teymiyye’nin və ya en-Nevevi’nin sözünü eşitdiklərində: mübahisəsiz olaraq, gözləmədən və dəlil soruşmadan: "Eşitdik və itaət etdik" deyənlərdir.

Onlar Nəbi sallallahu əleyhi və selləm’in sözünü eşitdiklərində isə: "Bu hədislə hansı alimlər əməl etmiş?" deyərlər. "İmamlarımız onunla əməl etmədikcə Nəbi sallallahu əleyhi və selləm'in hədisiylə əməl etmərik" deyərlər. Yəni onlara görə Rəsulullah sallallahu əleyhi və selləm'ə güvənə bilmələri üçün, alimlərin o hədisi möhürləyib təsdiqləmələri lazımdır!!

Burada hədis mütəxəssisi alimlərin, hədisin səhhətini təsdiqləmələrindən bəhs etmirik! Əksinə, Buxari və Muslim hədisi kimi səhih hədis gəldiyi halda, "hansı alim bu görüşdə?" deyənlərdən bəhs edirik!
Məhəmməd sallallahu əleyhi və selləm'in hədisi, əməl edə bilmək üçün, onlara görə, bu hadisə tabe olan bir alimə möhtacdır!

İmam İbn Teymiyye, İbnu'l-Qayyım, Əbu Hənifə və ya başqalarının sözləri, tabe olanlara möhtac deyilkən, Nəbi sallallahu əleyhi və selləm'in sözü buna möhtac eləmi!
Onlara görə bu imamların özləri hüccettir və ziyadeleri, elavə etmələri məqbuldur!
İbn Teymiyye belə deyir: "Cinlərin uçurub bir yerdən bir yerə daşıdıqları kəsləri, necə daşıdıqlarını çoxu bilməzlər. Hətta adam Ərafata qədər daşınar və geri dönər. Şeytanların onu necə daşıdıqlarını bilməzlər. Allaha onun əmr etdiyi şəkildə dua etməzlər. Əksinə ehramsız olaraq ərafatda dayanarlar, həcc menasiklerini tamamlamazlar." (en-Nubuvvat s. 275)

Miskinlərə görə bu söz son nöqtədir. Eşidər və itaət edərlər. İbn Teymiyye onlara görə etdiklərindən və söylədiklərindən sual olunmaz.

Ancaq Məhəmməd sallallahu əleyhi və selləm'in qüslsüzlükdən qüsl almasına gəldiqdə, Allah Təala bizə belə buyurur: "….Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz." (7 Ə'RAF 158) Və belə buyurmuşdur: " Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir.." (33 Əhzab 21) Burada O’na tabe olmazlar, onu öyrənməzlər və dinləməzlər. Allah’ın əmriylə mübarizəyə girişərək belə deyərlər:

- Hansı alim bunu etmiş?
          - Məhəmməd sallallahu əleyhi və selləmə müxalif çıxanın namazı batildirmi?
          - İndi onun yoldaşı boşanmışmı sayılar?
          - Dindənmi çıxmışdır?

          Miskinlər!!
Onlar təriqət və ixtilaf döşəyində doğulmuşlar!
Məzhəblərin fiqhinin, kəlamçıların əqidəsinin və təsəvvüfçülərin gedişatlarının əmziklərindən çirkli süd əmmişlər, bu xəstəlik sümüklərinə və ətlərinə işləmişdir.
İki il keçmiş olmasına baxmayaraq süddən kəsilməmişlər, əksinə beşikdən məzara qədər əmməyə davam etmişlər!
"Filan nə dedi" və "filan nə dedi" qarışıqlarından hazırlanmış süfrələrdən yeyərək yetişmişlər.
Dinləri; Məhəmməd sallallahu əleyhi və selləm'ə baxmayaraq ixtilafdır. Onlara görə təqvanın ən üstü, imanın məqsədi və işin başı budur!

         Miskinlər!

Onlardan birinə "İhtilam çağına gəlmiş hər kəsə Cümə günü qüsl almaq vacibdir" hədisi oxunduğunda, Nevevinin hadisə etdiyi bu şərhləri oxuyar:
"Alimlər Cümə qüslü haqqında ixtilaf etdilər. Sələfdən bir qrupun bunu vacib gördüyü nəql edildi. Bu, bəzi səhabədən nəql edilmişdir. zahir əhli də bu fikirdədir. İbn Munzir bunu Malikdən rəvayət etdi. əl-Hattabi isə əl-Hasen əl-Bəsri və Malikdən rəvayət etdi. Sələfdən və xələfdən alimlərin əksəriyyəti və məşhur fakihler bunun vacib deyil, müstəhəb bir sünnət olduğu görüşündədirlər." Nevevi dedi ki: "Bizim məzhəbimizdə məşhur olan, diləyən kimsə üçün müstəhəb olmasıdır. Məzhəbimizdəki digər bir vəchə görə yalnız kişilərə  müstəhəbdir. Bir vəchə görə qadınlara, uşaqlar, kölələr və qonaqlardan başqa, cümənin üzərinə fərz olduğu kəslərə vacibdir. Bir vəchə görə Cümə günü qüsl hər kəsə müstəhəbdir. Cüməyə gələcək olsun, olmasın fərq etməz. Yenə Bayram günü qüsl almaq da hər kəsə müstəhəbdir." (Şərhu'n-Nevevi (6/131 vd.)

Nevevi burada Nəbi sallallahu əleyhi və selləm'in hədisindən sonra, sanki Nəbi sallallahu əleyhi və səlləm’də digərləri kimi görüş sahiblərindən biriymiş və Nevevi ya da başqalarının burada ixtilaf etmə ya da ittifaq etməyi seçmə haqqları varmış kimi kəlam etmişdir.
Allah Azze və Cellenin aləmlərə rəhmət olaraq göndərdiyi rəsulun: "Cümə günü qüslü hər müsəlmana vacibdir" dediyi yerdə bunları söyləyir!
Sonra bizim kimi kiçik və zəif bir elm tələbəsi gəlir və: "Cümə günü qüsl almaq vacibdir" deyir. O vaxt sanki qiyamət gəlir, ay yarılır və olan olur! Məzhəblər dərhal qorumağa alınaraq: "İşdə bu donuq bir zahiri! Elmi yox, fiqh üsulunu bilmir, lüğətin dəlalət etdiyi mənaları bilməz" deməyə başlayırlar və onu İslamı yıxmağa cəhd etməklə günahlandırırlar! Halbuki etdiyi şey yalnız sadıkul masduk olan Nəbi sallallahu əleyhi və selləm’in sözünü hərfi hərfinə təkrar etməsidir!
Onlara görə elm: Nəbi sallallahu əleyhi və səlləm: "Cümə günü qüsl almaq vacibdir" dediyi zaman: "Xeyr, vacib deyil, müstəhəbdir" deməmizi tələb edəcək hala gəlmiş! Yəni elm sahibi olmaq, Rəsulullah sallallahu əleyhi və səlləm bir şeyə "Vacib" dediyində: "Xeyr, menduptur" deyə bilməkdir onlara görə!
Subhanallah! Bundan Allaha sığınırıq.

Miskinlərin bu metodlarına görə sən, İsrailoğulları alimlərinin etdikləri kimi sözləri yerindən dəyişdirmədiyində, İslamı yıxan biri olursan!
Burada etiraz etdiyimiz xüsus, Cümə qüslünün mustehap sayılması deyil. Etiraz etdiyimiz budur: Rəsulullah sallallahu əleyhi və selləm'dən açıq ifadəli bir hədis gəlməsinə baxmayaraq, buradakı əmri müstəhəbliyə çevirən naslardan dəlil gətirmək yerinə, sanki Rəsulun sözüylə birgəymiş kimi, alimlərin sözlərini dəlil gətirərək, hədisdəki ifadədən sapmaqdır.
Eyni vəziyyəti tahiyyetu'l-mescid namazının hökmünü araşdırdığınızda da görərsiniz. Rəsulullah sallallahu əleyhi və səlləm, məscidə girən kimsənin oturmadan əvvəl iki rükət namaz qılmasını əmr etmişdir. Bu əmri vaciblikdən müstəhəbliyə şərh etməyə dəlil olmadığı halda, cumhurun fikiriylə müxalif çıxdıqlarını, bunun müstəhəb olduğunu söylədiklərini görərsiniz!

Allah şeyx İbn Useyminə rəhmət etsin, bir gün bir məsələ dədikdə ona: "Lakin cumhurun kavli belədir" deyərlər. O da: “Men cumhurî deyiləm” deyə cavab verər.

Yenə Şeyx əl-Elbani rahimehullah, bir ravi haqqında bir söz dədikdə: "Lakin İbn Həcər belə deyir" deyərlər. O da: "Mən "Həcəri" deyiləm" demişdir.
Digər bir nümunə: Nevevi, Ziyafət və bənzərləri babında belə deyir: "Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu: "Allaha və axirət gününə iman edən, qonağına caizesinde ikram etsin." Dedilər ki: "Caizesi nədir?" Buyurdu ki: "Gün və gecəsidir. Ziyafət üç gündür. Bundan çoxu sədəqədir."
Yenə belə buyurdu: "Allaha və axirət gününə iman edən ya xeyr danışsın, ya da sussun." Digər rəvayətdə: "Ziyafət üç gündür. Caizesi bir gün və bir gecədir. Müsəlman adamın yanında qardaşı qaldığı halda ona pislik etməsi halal deyil." Dedilər ki: "Ey Allahın rəsulu! Ona necə pislik edər?" buyurdu ki: "Yanında qaldığı halda onu yədizdireceq bir şey ikram etməz."
Digər rəvayətdə: "Bir qövmün yanına gəldiyinizdə və sizə qonağa lazım olan şeyi əmr etdiklərində qəbul edin. Əgər bunu etməzlərsə, onlardan, etmələri lazım olan qonaq haqqını götürün."
Nevevi dedi ki: "Bu hədislər ziyafəti əmr etmək, buna əhəmiyyət vermək və bunun dəyərini ucaltmaq mövzusunda açıqdır. Necə ki müsəlmanlar ziyafətin (qonağa ikramın) İslamda gücləndirilmiş olduğunda icma etmişlər. Şafii, Malik, Əbu Hənifə və cumhur dedilər ki: "Bu vacib deyil, sünnədir." Leys və Əhməd: "Bir gün və bir gecə ikram vacib" dedilər. Əhməd dedi ki: "Badiye xalqına və kənd xalqına bir gün və bir gecə ikram vacibdir. Şəhərlilərə vacib deyil." Cumhur bu hədisləri və bənzərlərini müstəhəbliyə və gözəl əxlaqa şərh etmişdir. Qonaq haqqı, ihtilam çağındakı hər kəsə Cümə günü qüslün vacib olduğunu bildirən hədisdə olduğu kimi, gücləndirilmiş müstəhəbdir. əl-Hattabi və və başqaları bunu məcbur qalana şərh etmişlər." Allah ən yaxşı biləndir" Şərhu'n-Nevevi (12/31)

Gördünmü haqqdan uzaqlaşmağı!

Məhəmməd b. Abdillah sallallahu əleyhi və səlləm bu ümmətə Allahın risalətiylə göndərilmişdir. O sallallahu əleyhi və səlləm: "Allaha və axirət gününə iman edən qonağına ikram etsin.." deyir, Cumhur ilə filan və filan isə, sanki risalətə həmsöhbət deyillərmiş kimi: istəyən edər, istəməyən etməz deyərək seçimə buraxırlar!!!

Nevevi sənə belə deyir: "Cumhurun bu hədislərə və bənzərlərinə şərhi, bunların müstəhəb olmasıdır." Ey Cumhurun ümməti! Sizə Cumhur adında yeni bir rəsulmu göndərildi!
Bu cumhurun, Sadıkul-Masduk olan Əbu'l-Qasım sallallahu əleyhi və selləm'in gətirdiklərini tevil edərək dəyişdirmə və pozma haqqımı var?!!

əl-A'rec'in, Əbu Hureyre radıyallahu ənh’dən rəvayət etdiyi bu hədisi oxudunmu? Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurur: "Biriniz dəstəmaz götürdüyü zaman burnuna su versin, sonra fınxırsın. Daşla istincə edən bunu tək ədəddə etsin."

Bunu Malik, Humeydi, Əhməd, Darimi, Buxari, Muslim, İbn Macə və Nəsəi rəvayət etmişlər.
Nevevi deyir ki: "İstinsarın (yəni dəstəmazda burna su götürüb fınxırmanın) vacib olmadığında ittifaq vardır" (Şərhu'n-Nevevi (3/126)

Kimin ittifaqı ey Nevevi?!

Rəsulullah sallallahu əleyhi və səlləm: "Sonra fınxırsın" buyurur! Bu əmr, Nəbi sallallahu əleyhi və selləm'dən gəlir ki Allah Azze və Celle onun haqqında belə buyurmuşdur:
" Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir." (59 Həşr 7)
Rəsulullah sallallahu əleyhi və səlləm: "Fatihatu'l-Kitabı oxumayanın namazı yoxdur" buyurur. Bunu Humeydi, Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, İbn Macə Tirmizi, Nəsəi, İbn Hibban və İbn Huzeyme rəvayət etmişlər.
Kimisinin bura mahzuf bir muzaf əlavə edərək: "Nəbi sallallahu əleyhi və səlləm, namazı kamil deyil demək istəyir" dediyini görərsən.
Bunu deyən kimsəyə ətrafındakılardan heç kim: "Nəbi sallallahu əleyhi və selləm'in məqsədinin bu olduğunu sənə kim dedi?" deyə soruşmayıb, ona haqq verərlər.
Nəbi sallallahu əleyhi və səlləm: "Namazı yoxdur" dediyində söz bitmişdir, biz dərhal: "Eşitdik və itaət etdik. Rəbbimiz, səndən bağışlanma diləyərik, dönüşümüz sanadır" deyərik.
Bu məsələdə qəribə bir ayrılıq meydana gəlmişdir. Bu hadisə Şafii məzhəbi uyğunlaşma göstərmişdir. Nevevi isə şafii'dir və o belə demişdir: "Bu hədisdə fatihəni oxumanın vacib oluşuna dəlil vardır. Çünki bu təyin edilmişdir. Bunu oxumaqdan aciz olandan başqə, fatihəni oxumadan namaz etibarlı olmaz. Bu Malikin, Şafii'nin və səhabə, təbiin ilə onlardan sonrakı alimlərin cumhurunun məzhəbidir. Əbu Hənifə və bir azlıq: "Fatihə vacib deyil, əksinə Qurandan bir ayə vacibdir" demişlər. Çünki Allah Təala: "Qurandan asanına gələni oxu" buyurmuşdur. Cumhurun dəlili isə Rəsulullah sallallahu əleyhi və selləm'in: "Ümmül kitab olmadan namaz yoxdur" hədisidir." Nevevi deyir ki: "Əgər: "Hədisdə nəzərdə tutulan kamil namazdır" dəselər, deyərik ki: "Bu hədisin zahirinə zidddir" (Şərhu'n-Nevevi (4/102)

Allahu əkbər!
Miskinlər nassın zahirinə müxalif olduğunu indi anladılar və nas ilə zahiri onlara qalib gəldi! Nevevi, Əbu Hənifəyə uyğun gələrək hadisə "Kamil namaz yoxdur" əlavə etməsini edənləri rədd etdi! Hədis, məzhəblərinə zidd olduğu zaman əlavə və ya çıxarma edirlər, görüşlərinə və imamlarının görüşünə uydura bilmək üçün ətraflarından azaldırlar! Halbuki bu imam, Nəbi sallallahu əleyhi və səlləm deyil, bir peyğəmbər də deyil!

Nevevi kimi bir alim hədisin zahirini dəlil gətirməsəydi, hədisin zahiri dəlil olmayacaqdı eləmi!
      
             Miskinlər!
Onlar Rəsulullah sallallahu əleyhi və selləm'in sözünü tərk edirlər və Məzhəblərə uyanların və bənzərlərinin sözünü götürürlər! 
        
       Bu iş, Allah'ın xaricində ibadət edilən bütlər yıxmaqdan da çətin!
       Onların bütləri bütün rəngləriylə, çox və müxtəlifdir.
       Sənin dəlillərinin çoxluğu və hüccetinin açıqlığı və qüvvəti onlara fayda verməz!
       Çünki xəstəlik özə sirayət etmiş, damarlarda gəzişməkdə və ürəyin nəbz atışıyla birlikdə hərəkət etməkdədir!

Buna görə Allah Subhanehu və Təala belə buyurur: " Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona vəkillikmi edəcəksən?. Yoxsa elə hesab edirsən ki, onla­rın əksəriyyəti eşidəcək və ya anla­ya­caq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan onlardan da­ha çox uzaq­laş­­mışlar.." (25 Furqan 43-44)
Sən onlara, Məhəmməd sallallahu əleyhi və selləm'ə uyğun gəlməyə dair dəlillər gətirdiyində dahi problemlər yaşıyar və onların eşitdiklərini zənn edərsən.

Onlara Məhəmməd sallallahu əleyhi və selləm'dən başqasına itaətdən uzaqlaşmağa dəlalət edən ayələr dəlil gətirdiyində, onların gördüklərini zənn edirsən!
          Burada açıqca deyərsən ki: "Dəlillər ortada, huccet qətidir"
Bizlər sizi peyğəmbərlərin sonuncusu olan Nəbi sallallahu əleyhi və selləm'ə tabe olmağa dəvət edirik, ondan başqasına tabe olunmaz!
          Dəlillər açıqdır, lakin Allah kimə açıq etdisə ona açıqdır!

"Yoxsa sən onlardan çoxunun söz dinləyib ağıl etdiklərinimi zənn edirsən? Halbuki onlar heyvanlar kimidirlər; hətta yol etibarilə onlardan daha pozğundurlar."

           Bəli, miskinlər…

Onların hallarına çox ağrımaq lazım. Onlara səbr etmək lazımdır. Çünki bu dərmansız bir dərddir.
Bu dərdə tutulanlar da aldadılmaqda və onlara: "sən haqq üzrəsən" deyilməkdədir!

Həyatını Məhəmməd sallallahu əleyhi və selləm'in dəstəmazı, qüslü, namazı, orucu, zəkatı, həcci, rəftarları, ədəbi, geyimi və bəzənməsindən uzaq bir şəkildə yaşadığı halda ona: "Sən haqq üzrəsən" deyilməkdədir!

         Miskinlər!

Əgər Məhəmməd sallallahu əleyhi və selləm'ə tabe olmanın zövqünü dadsaydılar, xəbis südünü əmdikləri bütlərin qiymətinin nə olduğunu görəcəkdilər!
Başlanğıcda etiraz edən nə qədər cahil vardı, bizim daddığımızı dadınca ittiba arzusu qüvvətləndi…
 Onların miskinliklərinin dəlillərindən biri budur: Onlar müəllimləri və alimlərinin adı xatırlanınca həyəcanlanar, ürəkləri ürpərər. Bunu elm tələbəsinin kamal nöqtəsi görərlər. Eynilə möminlərin Allah və ayələri xatırlanınca ürəklərinin ürpərərək imanlarının artması kimi! Subhanallah!

" Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.." (39 Zumər 45)

İbn Teymiyye və ya başqa alimlərin mərtəbəsini, o qədər ucaldarlar, o qədər ucaldarlar ki, "Ah kaş ki bu sözləri şəxsən İbn Teymiyyenin özündən eşitsəydim" deyərlər.
İnternetdə, ərəbcə saytlardan birində bəzi elm tələbələri İbn Teymiyye haqqında belə yazmışlar: "O hədis, fiqh, lüğət, təfsir, insanların və cinlərin elmlərində bu ümmətdə gəlmiş ən alim kimsədir."
Bu miskinlər, bu cənazəyə, üzü şillələmə, yaxa cırma və cahiliyyə iddiasında tapılmağı qatmışlar! Hətta internetdəki bu yazışmağa, özünü Şeyx İbn Useyminə nisbət edən biri belə yazmış: "Əgər Məhəmməd sallallahu əleyhi və selləm'dən sonra bir peyğəmbər gələcək olsaydı, İbn Teymiyye olardı!!"
 Bir başqası da bunu əlavə etmiş: "Şübhəsiz İbn Teymiyye hədisdə Əhməd b. Hənbəl’dən daha alim idi!"

Bu sayta müsəlmanlardan biri girib də haqqı söyləyincə onu atırlar, hesabını silirlər və onu Mossad agenti olmaqla ittiham edirlər!

Miskinlər!

Onların miskinlər olduqlarını bilin və onlara səbr edin! Onları dinləyin!

Buxari və Muslim hədisində bildirildiyi kimi: "Əgər, Allah sənin vəsilənlə bir adama hidayət versə, bu sənin üçün qırmızı dəvələrdən xeyirlidir."



Nə üçün Sələf Kimi Deyilik?

Sələf Rahimehumullah’ın Quran Ayələri və Nəbi sallallahu əleyhi və selləm'in hədisi haqqındakı tətbiqləri necə idi?

Müsneddə Əbu Abdirrahman əs-Süləmi rahimehullah'dan belə gəlir: "Nəbi sallallahu əleyhi və selləm'in Quran oxutduğu səhabələrindən Quran oxuyanlar, on ayə öyrənər, onu elm və əməl olaraq tətbiq ətmediqdə digər on ayəyə keçməzdilər."
İndi iki misal zikr edəcəyəm ki bunlardan biri mal ilə digəri can ilə əlaqəlidir.
Buxarinin Səhihində Ənəs b. Malik radıyallahu ənh’dən rəvayət edilir: "Əbu Talha radıyallahu ənh, Mədinədə Ənsarın malı və xurma ağacları ən çox olanı idi. en sevdiyi malı Beyruha adlı bağçası idi. Bağça məscidin qarşısında idi. Rəsulullah sallallahu əleyhi və səlləm oraya girər, xoş suyundan içerdi. Ənəs radıyallahu ənh dedi ki:
"Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız…." (3 Ali-İmran 92) ayəsi enincə Əbu Talha radıyallahu ənh qalxdı və Rəsulullah sallallahu əleyhi və selləm’ə gələrək:
"Ey Allahın rəsulu! Allah Təala: " Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız " buyurur. Mənim ən sevdiyim malım isə Beyruhadır. Bunu Allah üçün xərcliyirəm. xeyrə nail olmaq və Allah qatında olana qovuşmağı ümid edirəm. Ey Allahın rəsulu! Bunu Allahın sənə göstərdiyi yerə ver." Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
"Nə qədər də qazanclı bir mal, nə qədər də qazanclı bir mal! Nə dediyini eşitdim. Mən onu qohumlarına verməyini uyğun hesab edirəm."

Digər rəvayətdə belə keçər: "Ey Allahın rəsulu! Görürəm ki rəbbimiz bizim mallarımızdan istəyir. Səni şahid edirəm ki bağçamı ona verdim."

İbnu'l-Mubarek, Kitabu'l-Cihad'da belə rəvayət edər: "Əbu Talha radıyallahu ənh: " Sizə yüngül gəlsə də, ağır gəlsə də, döyüşə çıxın…." (9 Tövbə 41) ayəsini oxudu. Ardından: "Allah Təala qocaykən də, cavənkən də bizdən döyüşə çıxmamızı istədi. Məni hazırlayın" dedi. Oğulları:
"Allah sənə mərhəmət etsin! Nəbi sallallahu əleyhi və səlləm, Əbu Bəkr və Ömər radıyallahu ənh’imə dövrlərində döyüşə qettin. İndi də sənin yerinə biz döyüşə qedirik" dedilər.
Bundan sonra dəniz səfərinə çıxdı və vəfat etdi. Onu basdıracaq bir ada axtardılar. Ancaq bir həftə sonra tapa bildilər. Buna baxmayaraq onun cəsədi pozulmamışdı." (Kitabu'l-Cihad nömrə: 102)

üçün onlar kimi deyilik?

Ərəb olmadığımız üçün Quranımı anlamırıq?

Allah Təala belə buyurmuşdur: "Əgər Biz onu yad bir dildə (ərəbcə xaricində) Quran etsəydik, onlar deyərdilər: "Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!" De: "O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır". İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar." (41 Fussilət 44)

Yəni, necə ki ərəblərin, Quran başqa dildə ensəydi, buna etiraz etməyə haqqları yoxsa, bizimdə,Quran ərəb dilində endiyi üçün bəhanə gətirmə haqqımız yoxdur. İstər Ərəb, istər İngilis, istər Fransız, istər Türk ister azeri olsun, iman edən hər kəs üçün, Quran hidayət və şəfadır!

Yoxsa bizdən mükəlləfiyyətmi qalxdı? Ya da "sonra edərəm" deyərək təxirə saldıqmı?
" Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!"– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir." (4 Nisa 18)
Yoxsa can və mal mövzusunda xəsisliyimiz üzündənmi?
" Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edənlər elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onlar üçün pisdir " (3 Ali İmran 180)
Yəqin üzrə deyil də, şübhə içində olmamız dırmı?
" Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır." (49 Hucurat 15)
"Möminlərin içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır…" (33 Əhzab 23)
Yoxsa bunun səbəbi dünya sevgisidirmi?
" Ey iman gətirənlər! Sizə nə olub ki, "Allah yolunda döyüşə çıxın!"– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.." (9 Tövbə 38)
         Yoxsa səbəb, dində genişlik göstərilən bir məsləhətdirmi?
" Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (33 Əhzab 36)
         Yoxsa xoş olmayan şeylərmi bəhanə göstərilməkdədir?
"De: "Cəhənnəm odu bundan da hərarətlidir!" Kaş anlayaydılar." (9 Tövbə 81)
" Onlardan eləsi də var ki: "Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!"– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır." (9 Tövbə 49)
         Yoxsa ölüm və ya kasıblıq qorxusudurmu?
" Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq." (3 Ali imran 145)
" Məgər sən, özlərinə: "Müharibədən əl çəkin, namaz qılın və zəkat verin!"– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq vacib edildikdə, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi və ya daha artıq qorxu ilə insanlardan qorxdular və: "Ey Rəbbimiz! Vuruşmağı nə üçün bizə vacib etdin? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!"– dedilər. De: "Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz" (4 Nisa 77)
Yoxsa can və mal, dinin önünəmi keçirilməkdədir?
"Fitnə qətldən daha pisdir…" (2 Bəqərə 191)

Problem; dinin naslarına rəftarımızın və ona sevgimizin saflaşdırılmamasıdır!

Sələf, nazil olan naslara şahid olurdular və Rəsulullah sallallahu əleyhi və səlləm aralarında idi. Bizlər isə Kitab və sünnə naslarına qarşı " vacibmi, sünnəmi?", "Bunu etməsənsə nə olar?" kimi dünya görüşləriylə rəftar edirik.
İnsanlar iki qisimdir: Bir qisimi təharət, namaz, rəftarlar və ya diniylə əlaqədar digər mövzularda elm öyrənmək istəyərək Allahın hökmünü və Rəsulullah sallallahu əleyhi və selləm'in yolunu araşdıran kəslərdir. Rəsulullah sallallahu əleyhi və selləm'in yolunu və tətbiqini araşdıraraq fətva soruşar. Bilmədiyi bir sünnə öyrənincə buna azı dişləriylə sarılar. Rəsulullah sallallahu əleyhi və selləm’in tətbiqlərini iki gözü arasına qoyar və yer üzündəkilər buna müxalif çıxsalar dahi, Rəsulullah sallallahu əleyhi və selləm’in yolunu ən qiymətli şey qəbul edər.
Digər qisimi isə fətva axtararkən filanın gözəl tapdığı görüşü və filanın sözünü araşdırar. Bunun məzhəbi genişdir. Filan və filanın ixtilafı arasında gedər gəlir.
Ya dinində Rəsulullah sallallahu əleyhi və selləm’ə tabe olarsan, ya da filan və ya filana!
Burada falan ilə filan arasında fərq olduğunu zənn etmə! Və ya filana tabe olmağı filana tabe olmaqdan üstün sanma! Ayənin əmri mütləqdir! Nekre olaraq gəlmişdir və Rəsulullah sallallahu əleyhi və səlləm xaricində tabe olunan bütün insanları əhatə edər!
Mən avam insanlara müqəddəs kitaba, sahihayna və lüğətə yapışıb müçtehit olmalarından bəhs etmirəm!
Əksinə, götürdüyünüz fətvanın dəlilini öyrənməyə cəhd göstərmənizi söyləyirəm! Kim sizə saqqal buraxmaq sünnədir diyərsə ona dəlilini soruşun!
Yenə Nəbi sallallahu əleyhi və selləm’in sünnəsinə, onun vacibmi yoxsa sünnəmi olduğunu soruşmadan tabe olmalısınız. Bəzisi vacibmi, sünnəmi deyər, sünnə dəyincə "Sünnəsə tərk edə bilərik" deyirlər! Allah Azze və Celle isə belə buyurur:
"…Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (24 Nur 63)
Din, məsləhət və mənfəətlərimizə görə seçimdə tapılaraq, bəzisinə uyğun gəlməmiz, bəzisini tərk etməmiz üçün enməmişdir. Əksinə yaşamamız və imtahan verməmiz üçün enmişdir. Halbuki bizlər din qarşısında, Allahın bizi sınaması üçün deyil də, bizim dini sınamamız üçün enmiş kimi davranırıq! Allah və rəsulunun əmrlərini, qarşı-qarşıya qaldığımız hadisələr üçün deyilir, mənfəətimizə xəbərdar etsə ona tabe olur, uyğun gəlməzsə tabe olmuruq!
Halbuki Allah, rəsuluna itaət edərək özünün əmrlərini yerinə yetirən və qadağanlarından çəkinənləri dünya və axirətin pisliklərindən qoruyacağını vəd etmişdir. Qullarının xeyirinə olanları ən yaxşı bilən yenə onların Rəbbidir!
Həyatın bütün səhnələrində ən doğru davranışı, Rəsulullah sallallahu əleyhi və selləm’in tətbiqləriylə bizə açıqlamışdır. Problemlərimizdə bizlər üçün Rəsulullah sallallahu əleyhi və selləm’in yolu və manevrindən başqa sağlam çıxış yolumuz ola bilməz. Başqa bir seçim haqqımız da yoxdur.

Rəsulullah sallallahu əleyhi və səlləm, Ömər b. əl-Hattab radıyallahu ənh’ın əlində tövratdan səhifələr görüncə hirslənmiş,

  إنه والله لو كان موسى حيًّا بين أظهركم ما حل له إلا أن يتبعني

"Vallah əgər Musa həyatda və aranızda olsa idi, məndən başqasına tabe olması ona halal olmazdı" buyurmuşdur. Bu lafızla Əbu Yala, Cabir radıyallahu ənh’dən rəvayət etmişdir.
Rəsulullah sallallahu əleyhi və səlləm xaricində birinə tabe olmaq, Musa aleyhissələm kimi bir peyğəmbər üçün dahi halal deyil.

Musa aleyhissələm kimi ulul-azm bir peyğəmbərə aid olsa dahi, Nəbi sallallahu əleyhi və selləm’in gətirdiyindən başqasına tabe olmaq halal deyil.
Nəbi sallallahu əleyhi və səlləm, belə bir davranışı, Ömər radıyallahu ənh kimi cənnətlə müjdələdiyi bir səhabəsindən dahi qəbul etməmiş, ona beləsinə hirslənmişdir! Yaxşı ya bizlərin halı necə olar?
Sələfin həyatlarında Kitab və sünnə naslarına qarşı rəftarları bizim həyatlarımızda olmadığı halda, özümüzü necə onların menhecine nisbət edərik? İmanı dilin, ürəyin və azaların təsdiqi olaraq təsvir etmirikmi? Əgər üzvlərdən çıxan hərəkətlər, ürək ilə təsdiq etdiyimizi dilimizlə iddia etdiyimiz əqidə və menhece uyğun gəlmirsə, şəxsən mənimsədiyimiz iman tərifimizə özümüz müxalif çıxmış olmazıkmı?
Bu yalançı şahidlikdən kutuluş yolu "Sələfiyəm" deməkdənmi imtina etmək, yoxsa sələfə müxalifətdənmi imtina etməkdir?

Allah bizləri haqqı söyləyən, yerinə yetirən və onda səbat edənlərdən etsin.


Subhanekallahumme və bihamdik. Və əşhədu ən la ilahə illə entə vahdeke la şərikə lek və estağfiruke və etubu ileyk.



                                                  Əbu Muaz əl-Çubukabadi

Hiç yorum yok:

Yorum Gönder