Əl-Fəth surəsi 24.cü ayənin nazil olma səbəbi




Sələmə ibn əl-Əkva (radıyallahu ənh) bələ demiş­dir: Peyğəmbər sallallahu əleyhi və səlləm’lə bir­lik­də Hüdeybiyyəyə gəldiyimiz zaman bizim sayımız min dörd yüz nəfər idi və biz özümüzlə əlli qoç da gətirmişdik. (Ora çatdıqda hamı susamışdı. Elə buna görə də) Peyğəmbər sallallahu əleyhi və səlləm su quyusunun yanında oturdu, sonra ya dua etdi, ya da onun içinə tüpürdü və oradan su fəvvarə vurdu. Biz o sudan do­yunca içdik, heyvanları­mızı suvardıq və ehtiyat üçün qabla­rımıza da doldurduq. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm beyət etmək üçün bizim hamımızı ağacın altına dəvət etdi. Mən ilk beyət edənlərdən idim. Beyət edənlərin sayı yarıya çatdıqda Pey­ğəmbər sallallahu əleyhi və səlləm dedi:


Ey Sələmə, gəl beyət et!

Ey Allah’ın elçisi, artıq mən ilk zümrə ilə birlikdə sənə beyət etdim!

Yenə beyət et!

Sonra o məni əliboş (yəni silahsız) görüb bir qalxan ver­di və beyət etməyinə davam etdi. Beyətin sonunda o dedi:   

Ey Sələmə, mənə beyət etmirsən? 

Ey Allah’ın elçisi, artıq mən əvvəlki və sonrakı camaatla birlikdə sənə beyət etdim!
Yenə beyət et! 

Mən üçüncü dəfə ona beyət etdim. Sonra o mənə dedi: Ey Sələmə, sənə verdiyim qalxan haradadır?

Mən dedim: Ey Allah’ın elçisi! Mən əmim Amiri (radıyallahu ənh) silahsız görüb qal­xanı ona verdim. Pey­ğəmbər sallallahu əleyhi və səlləm gülüb dedi: Həqiqətən, sən, sanki ilk əv­vəl: Allah’ım! Özümdən də artıq sevdiyimi (bir ne­məti)  mənə əta et!- deyən şəxsə bənzəyirsən!

Sonra müşriklər bizim yanımıza öz nümayəndələrini gön­dərib onlarla sülh müqavi­ləsi bağ­lamağı təklif etdilər. Biz bununla razılaşdıq və aradakı gediş-gəliş bər­pa olundu. O zamanlar mən Təlhə ibn Ubeydullah’ın (radıyallahu ənh) xidmətçisi idim. Mən onun atını suvarır, qaşovla belini toz-torpaqdan tə­miz­ləyir, habelə digər xid­mətlər göstərir­ və Təlhə’nin (radıyallahu ənh) çörə­yini yeyirdim. Mən Allah’ın (riza­sını qazanmaq) və Pey­ğəm­bər sallallahu əleyhi və səlləm’in (əmrinə tabe ol­maq) xatirinə var-dövlətimi və qo­hum-əqrəbamı tərk edib Mədinə’yə hicrət et­mişdim.Məkkə əhli ilə bizim aramızda sülh müqavi­ləsi bağ­la­nı­lıb ge­diş-gəliş bər­pa olunduqdan sonra mən tikanlı bir ağa­cın yanına gəlib altına tökülmüş ti­kan­ları təmizlədim və din­cəlmək üçün orada uzandım. Bu zaman dörd Məkkə müşriki yanıma gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində nalayiq sözlər danış­mağa başladılar. Mən onların dediklərinə nifrət etdim və ge­dib başqa ağacın altında uzandım. Onlar silahlarını ağacdan asıb orada uzandı­lar. Elə bu vaxt carçı vadinin aşağı tə­rə­fin­dən car çəkib dedi: Ey mühacirlər, ibn Zuneymi (radıyallahu ənh) öldü­rüblər! Mən dərhal qılıncımı çıxarıb o dörd nəfərin üstünə hücum etdim və onların qılınclarını əlimə toplayıb dedim: Məhəm­məd’in hör­mətini ucaldan Allah’a and olsun ki, siz­lərdən biri başını tərpətsə onun boynunu vuraram! Sonra mən onları əsir tutub Peyğəm­bər sallallahu əleyhi və səlləmin yanına gə­tirdim. Bu arada əmim Amir (radıyallahu ənh) zirehli atın üzərində, əsir tutulmuş Ablat oğullarından olan Mikrəzi və başqa yetmiş müşriki Peyğəmbər sallallahu əleyhi və səlləm’in yanına gətirdi. Peyğəmbər sallallahu əleyhi və səlləm onlara nəzər salıb dedi: Onları azad edin! Bu onların birinci və axırıncı günahı ol­sun!
Peyğəmbər sallallahu əleyhi və səlləm onları bağışlayıb hamısını azad etdi və Uca Allah da bu ayəni nazil etdi:


‘’Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdik­dən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.’’(Əl-Fəth 24)


Sonra biz oradan çıxıb geriyə, Mədinəyə döndük və yol­üstü müşrik olan bənu Lihyan qəbiləsinə yaxın bir yerdə da­yanmalı ol­duq. Onlarla bizim aramızda bir dağ var idi. Pey­ğəmbər sallallahu əleyhi və səlləm o gecə dağa qalxıb müşrik­lər barəsində ona və sə­habələrinə xəbər gətirən şəxs üçün Allah’dan bağışlan­ma dilədi. Mən o gecə iki və ya üç dəfə dağa qalxdım. Biz Mədinəyə gəlib çatdıqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm xid­mətçisi Rəbahı (radıyallahu ənh) mənimlə birlikdə geridə qalmış sürüyə baş çəkməyə gön­dərdi və biz Təlhə’nin (radıyallahu ənh) atına minib ora getdik. Biz ora çatdıqda artıq Abdurrəhman ibn Bədr əl-Fə­zari sürüyə basqın etmiş, çobanı öldürüb mal-qaranı sü­rüb aparmışdı. Mən: Ey Rəbah! Götür bu atı Təlhə ibn Ubey­dullaha (radıyallahu ənh) çatdır, Peyğəmbər sallallahu əleyhi və səlləmə də xəbər ver ki, artıq müşriklər onun sürüsünə basqın ediblər. Sonra mən bir təpənin üstünə qalxıb Mədinəyə tərəf üz tut­dum və üç dəfə: Köməyə gəlin! deyə çağırdım.

Daha sonra mən müşrikləri təqib edib onları ox atəşinə tut­dum və rəcəz[1] ilə bu sözləri oxudum: Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.Sonra yaxınlaşıb onlardan birini oxla vurdum. Mənim atdığım oxun ucu onun atının yəhərindən keçib çiyininə dəydi. Mən yenə: Əkvanın oğluyam mən  Ölüm günüdür bu gün. deyib onları ox atəşinə tutdum. Allah’a and olsun ki, at­lı­lardan hər biri mənə hücum etdikcə onları (atlarını) oxla vurub yarala­yırdım. Mən o vaxta qədər ox atdım ki, nəhayət onlar (çıxılmaz vəziyyətə düşdülər və) özlərini dağ də­rə­si­nə saldılar. Mən dağın üstünə qalxıb onların başlarına o qədər daş yağdırdım ki, nəhayət ələ keçirdikləri mal-qaranı geri qaytardılar. Onlar həyəcanla otuz­dan çox zireh və nizələri yerə atdılar. Mən bu silahların üzərinə o qədər daşlar saldım ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və səhabələri dağın döşündəki dərəyə gəl­dikdə onların orada olduğunu bilsin. Bu vaxt Abdurrəhman ibn Bədr əl-Fəzari gə­lib çıxdı və onlar oturub nahar etməyə başladılar. Mən isə dağın üs­tündən onlara tamaşa edirdim. O dedi: Bu gördüklərim nədir? (Burada nə baş verib?) Onlar dedilər: Biz bunun təzyiqinə mə­ruz qalmışıq. Allaha and olsun ki, alaqaranlıqdan indiyə kimi bizdən əl çəkmə­yib, bizi ox atəşinə tutub və hər şeyi (mal-qaranı, zireh­ləri­mizi və nizə­lərimizi) əlimizdən alıb. Abdurrəhman ibn Bədr əl-Fəzari dedi: Dörd nəfər (danışıqlar aparmaq üçün) onun yanına get­sin!

Onlardan dördü mənim yanıma qalxdı. Mən danışmağa fürsət tapan kimi dedim: Məni tanıyırsınızmı? Onlar de­dilər: Xeyr, sən kimsən? Mən dedim: Mən Sələmə ibn əl-Əkvayam. Məhəmməd’in hör­mətini ucaldan Allah’a and olsun ki, mən is­təsəm sizin hər birinizi öldürə bilərəm, an­caq siz is­təsəniz də məni öldürə bilməyəcək­siniz! Onlar­dan biri: Bəli! Zənn edirəm ki, o doğru deyir dedi və on­lar geri qayıtdılar. Peyğəmbər sallallahu əleyhi və səlləm‘in  süvari qoşunu ağaclar ara­sından görünənədək mən tutduğum mövqeyi tərk etmə­dim. Qoşunun önündə Əxrəm əl-Əsədi (radıyallahu ənh), onun ar­dınca Əbu Qətadə əl-Ənsari (radıyallahu ənh), onun da ar­dın­ca Miqdad ibn əl-Əsvəd əl-Kindi (radıyallahu ənh) gəlirdi. Mən Əxrəmin (radıyallahu ənh) atının yüyə­nindən tutduqda o dedi: Axı onlar qaçırlar! Mən dedim: Ey Əxrəm, onlardan özünü qoru! Mən istəmi­rəm ki, Pey­ğəmbər sallallahu əleyhi və səlləm və səha­bələri gəlincəyə qədər onlar səni öldür­sünlər! O dedi: Ey Sələmə! Əgər sən Allah’a və axirət gü­nünə, cən­nətin və cəhən­nəmin haqq olduğuna inanırsan­sa Onun yolunda şəhid olmağıma mane ol­ma!. Mən ona mane olmadım və o Abdurrəhman ibn Bədr əl-Fəzari ilə təkbətək göyüşdə şəhid oldu. O, yalnız Abdur­rəh­man’ın atını yaralaya bildi, Abdurrəhman isə onu öldürüb atına sahib oldu. Sonra Əbu Qətadə (radıyallahu ənh) Abdurrəhman’la təkbətək döyüşdü və qılıncla onu öldürdü. Məhəmməd’in hörmətini ucaldan Allah’a and olsun ki, mən onların ardınca qaçdım və arxada nə bir səha­bə, nə də onlardan bir toz-tor­paq (əsər-əlamət) gördüm. Müşrik­lər gün batmamışdan əv­vəl gəlib zu-Qərəd adlanan, su olan bir dərəyə çatdılar və susuzluqlarını ya­tırtmaq üçün suyun kənarına gəldilər. Son­ra nəzər salıb mənim onların dalınca gəldi­yimi, on­ları qa­baqladığımı görüb dərhal oranı tərk etdilər və bir qurtum belə o su­dan içə bilmədilər. Onlar yenə dağın döşünə çəkil­dilər. Mən qaça-qaça onlara yaxınlaşıb: Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.deyib qarşımdakı müşrikin çiynindən bir ox vurdum.O dedi: Anası onu itirsin! Bu, səhərki Əkvadı? Mən: Bəli, ey nəfsinin düşməni! Mənəm, səhərki Əkva!- deyə cavab ver­dim.Onlar dağın döşündə iki at tərk edib qaçdılar. Mən bu at­ları da sürüb Peyğəm­bər sallallahu əleyhi və səlləm’in  yanına apardım və yolda Amirlə (radıyallahu ənh) rast­laşdım. Onun əlində birində bir az süd, di­gə­rində isə su olan iki tuluq var idi. Mən (süddən) içib (sudan) dəstəmaz aldıqdan sonra Peyğəm­bər sallallahu əleyhi və səlləm‘in  yanına gəldim. O, müşriklərin tərk etdi­yi suyun kənarında oturmuş və onlardan aldığım dəvələ­ri, zi­rehləri və nizələri götür­müş­dü. Bilal (radıyallahu ənh) isə bu dəvələrdən birini kə­sib ciyərindən və hörgücündən Peyğəm­bər sallallahu əleyhi və səlləm üçün qı­zardırdı. Mən dedim: Ey Allah!ın elçisi, izn ver səhabələrdən yüz nəfər seçib gö­türüm və onların ardınca gedib hamısını öldürüm! Peyğəm­bər sallallahu əleyhi və səlləm azı dişləri tonqal işığında görünənə qə­dər (ürəkdən) güldü və dedi: Ey Sələmə! Sən bunu bacara bilə­cəyinə arxayinsan? Mən dedim: Əlbəttə! Səni ən hörmətli edən Allah’a and olsun ki, bacara­ram! O dedi: Hal hazırda onlar Ğətəfan diyarında gonaqdırlar! Bu vaxt Ğətəfandan bir kişi gəlib dedi: Filankəs onlar uçun bir dəvə kəs­di. Onlar dəvənin dərisini soyarkən üzə­rində olan toz-torpağı görüb: Mü­səlmanlar gəlirlər- deyə qaçıb getdilər.

Ertəsi gün Peyğəm­bər sallallahu əleyhi və səlləm : Bu günkü gündə ən yaxşı sü­varimiz Əbu Qətadə və ən yaxşı piyadamız Sə­ləmədir! deyib süvari və piyadalar üçün ayrılmış qənimət pay­ların­dan iki­si­ni (hərəsindən bir pay) mənə verdi. Sonra o məni öz arxasına, Adbaya[2] min­dirdi və biz Mədinəyə qayıt­dıq.Yolda ən bərk qa­çan ənsarlardan biri: Mədinəyə qədər ya­rışmaq istəyən varmı?- deyə bir neçə dəfə təkrar etdi.Mən onun bu qəti tələbini eşitdikdə dedim: Məgər sən alicə­nab, möhtə­rəm insanlara hörmət etmirsən? O: Xeyr, mən yal­nız Allah’ın elçisinə hörmət edirəm![3]- dedi. Mən Peyğəmbər sallallahu əleyhi və səlləm‘ə : Atam-anamsan ey Allah’ın elçi­si! İzn ver onunla yarışım - dedim. O : İstəyirsənsə yarış! dedi. Sonra mən (üzümü yarışmaq istəyən ənsara tutub): Hazır­laş! dedim. Mən ayaqlarımı büküb qaçış vəziyyətini al­dım, sonra dərhal yerimdən sıçra­yıb qaçdım. Yolda nəfəsi­mi dərmək üçün bir müd­dət dayandıqdan sonra yenə onun ardınca qaçdım. Bir az sonra mən yenə yorğunluğumu al­maq üçün da­yandım. Sonra qalxıb onun dalınca qaçdım və nəhayət gəlib onu keçdikdə çiyninə vu­rub dedim: Vallahi mən səni ötdüm!. O dedi: Hesab edirəm ki, sən məni öt­dün. Beləliklə biz Mədinəyə qədər yarışdıq və mən onu arxada qoy­dum. Allah’a and olsun ki, biz cəmi üç gün Mədinədə qal­dıqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm‘lə  birlikdə Xeybərə getdik. Bu vaxt əmim Amir (radıyallahu ənh) rəcəz ilə bu sözləri oxudu:


Təllahi![4] İstəməsəydı Allah, düz yola gəlməzdik biz,

Nə sədəqə verərdik, nə namaz qılardıq biz,    
    
Olmasaydı lütfün Sənin, keçinə bilməzdik biz.

Sabit et qədəmləri, düşmən gəldikdə bizə, 
         
Sonra da bir təskinlik Özün nazil et bizə!


Allah’ın elçisi sallallahu əleyhi və səlləm dedi: Bu kimdir? O dedi: Mənəm, Amir. Peyğəmbər sallallahu əleyhi və səlləm ona: Rəbbin sə­ni bağışlasın! dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm kiməsə Allah’dan xüsu­sən məğfirət dilə­yərdisə o şəxs mütləq şəhid olardı. Bu vaxt dəvəsinin üstündə əyləşmiş Ömər ibn əl-Xəttab (radıyallahu ənh) onu çağırıb dedi: Ey Allah’ın Peyğəmbəri! İzn ver Amir oxusun biz də həzz alaq! Biz Xeybərə gəlib çatdıqda düşmənin başçısı Mərhəb qabağa çıxıb qılıncını havada oynatdı və dedi:

 Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

 Müharibə başlayıb döyüş alovlanarkən, 

 Mahir silah ustası, təcrübəli ərəm mən.

Bu vaxt əmim Amir (radıyallahu ənh) onunla təkbətək döyüşə çıxıb dedi:

Artıq Xeybər tanıdı, bildi ki Amirəm mən, 

Mahir silah ustası, çevik qəhrəmanam mən.


Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc zər­bə­si en­dirdi. Mərhə­bin vurduğu qılınc Amirin (radıyallahu ənh) qalxanına dəydi. Amir (radıyallahu ənh) onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdıb ve­nasını kəsdi və o şəhid oldu. Mən bir neçə səha­bənin: Amir intihar etdi və əməlləri puç oldu! dediyini eşitdim. Mən ağlaya-ağlaya Peyğəmbər sallallahu əleyhi və səlləm‘in  yanına gəlib dedim: Ey Allah’ın elçisi, Amirin əməlləri puç oldu! Pey­ğəmbər sallallahu əleyhi və səlləm : Bunu kim deyir? deyə soruşduq­da mən: Sə­habələrin­dən bir neçəsi! deyə cavab verdim. O dedi: Ya­lan deyirlər! Əksinə, o ikiqat savab qazandı!

O zaman Əli (radıyallahu ənh) gözlərinin ağ­rısından əziyyət çəkirdi və Pey­ğəmbər sallallahu əleyhi və səlləm  məni onun yanına göndərib dedi: Mən bayrağı Allah və Onun rəsulunu sevən və (ya)[5] Allah və rəsulu’nun sevdiyi bir şəxsə verəcəyəm! Əli (radıyallahu ənh) göz ağrısından iztirab çəkdiyi üçün onun əlin­dən tutub Peyğəm­bər sallallahu əleyhi və səlləm‘in  yanına gətirdim. O, Əlinin (radıyallahu ənh) gözlərinə tüpürdü və onun gözləri sağaldı. Peyğəmbər sallallahu əleyhi və səlləm bayrağı ona verdik­dən sonra Mərhəb yenə qabağa çıxıb de­di:

Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!

Müharibə başlayıb döyüş alovlanarkən, 

Mahir silah ustası, təcrübəli ərəm mən.

Əli (radıyallahu ənh) dedi:

Anamın  Heydər[6] adlandırdığı mənəm,

Meşələr şiri tək zəhimli görkəmliyəm,

Düşmənləri pərən-pərən edib tez öldürürəm. 

O, Mərhəbin baş nahiyəsinə qılınc zərbəsi endirib onu öldür­dü. Xeybər də məhz Əlinin (radıyallahu ənh) əli ilə fəth olundu.
    
(Səhihi Muslim cild-12 səh-174 Muslim bu hədisin başqa isnadla da rəvayət olunduğunu qeyd etmişdir.)



1 (Rəcəz  şer (nəzm) ölçüsüdür. )
( Adba  dəvənin adıdır. )
3  (Yəni, onu bu yarışa çağırmıram! )
4 ( Bu, Allaha and içmək üçün ifadə edilən  vəllahi; billahi; təllahi  söz birləşmələrin­dən biridir.)
5 ( Şərh Səhihi Muslim», 12/391. )

(Heydər şir deməkdir. Əlinin (radıyallahu ənh) anası ana babasının Əsəd ibn Hi­şam ibn Əbdümənafın şərəfinə onu Əsəd (yəni, şir) adlandırmışdı. Sonra Əbu Talib gəlib ona Əli adı vermişdi. Mərhəb döyüşdən əvvəl yatıb yuxusunda bir şirin onu öldürdüyünü görmüşdü. Elə buna görə də Əli (radıyallahu ənh) onu bu cür hədələmişdi. Şərh Səhih Muslim 12/391 )






“ Sizi onların üzerində qələbə çalmağa müvəffaq etdikdən sonra, mkkə vadisində onların əlini sizdən, sizin də əlinizi, onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir.” (48 əl-Fəth 24 )


Misvər ibn Məxrəmə radıyallahu ənh və Mər­van ibn əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlərdir : Rasulullah sallallahu əleyhi və səlləm Hüdeybiyyə­ sülhündə (Mədinə­dən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra səhabələrinə be­lə buyurdu:Xalid ibn əl-Vəlidin başçılıq etdiyi Qüreyşin sü­vari qoşunu Ğə­mim vadisində pusquda dayanıblar. Buna görə də, siz sağ tərəfə gedin!

Allah’a and olsun ki, Xalid Rasulullah sallallahu əleyhi və səlləm’i və onun sə­habələrini görmədi. Yalnız onların arxasınca qalxan qara toz-torpağı gör­dükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qüreyşə xəbər verməyə getdi. Rasulullah sallallahu əleyhi və səlləm isə (səhabələrilə birlikdə) yoluna da­vam etdi. Nəhayət gəlib Məkkəyə aparan Hüdeybiyyə vadisindəki dağ yoluna çat­dılar. Burada Rasulullah sallallahu əleyhi və səlləm’in dəvəsi yerə çökdü və insanlar: Hül! Hül! [1]  deyə dəvəni yerindən tərpətməyə ça­lışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı və onlar: Qasva [2] inadkarlıq edib qalxmır!. dedilər. Rasulullah sallallahu əleyhi və səlləm dedi Qasva inadkarlıq etməz! Bu onun adəti deyil. Lakin (bir zamanlar Məkkəyə daxil olmaq istəyən) fili tutub saxlayan Allah indidə Qasvanı saxladı. Nəfsim (həyatım) əlində Ola­na (Allah’a) and olsun ki, müşriklər Allah’ın haram buyur­duqlarına [3] riayət etməklə məndən hər nə istəsələr onlara istədiklərini ve­rəcəyəm!

Sonra Rasulullah sallallahu əleyhi və səlləm Qasvanı tərpətdi və hey­van dər­hal ayağa qalxdı. Rasulullah sallallahu əleyhi və səlləm Hüdey­biyyənin qur­ta­ra­cağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəl­di. Səha­bələr çuxurda olan sudan az-az o qə­dər daşıyıb apardılar ki, orada su qal­ma­dı. Onlar susuzluqdan Rasulullah sallallahu əleyhi və səlləm’ə şikayət etdikdə o, ox qabından bir ox çıxarıb onlara verdi və onu çuxura sancmağı əmr etdi. Allah’a and olsun ki, ox çuxura sancılan kimi oradan su fəvvarə vurdu və bu fəv­varə on­lar susuzluqlarını yatırıb oradan qayıda­nadək davam etdi. Bu vaxt Budeyl ibn Vərqa əl-Xüza'i radıyallahu ənh öz qəbilə­sin­dən, Xüza'ədən olan bir dəstə kişi ilə Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəldi. Tihamə­li­lər [4] içərisində Xüza'ə qəbiləsindən olanlar əvvəldən Rasulullah sallallahu əleyhi və səlləm’in sirdaşı idilər. Budeyl radıyallahu ənh dedi: Mən Kə'b ibn Lüeyyi və Amir ibn Lüeyyi [5] Məkkədə tərk edib gəlmişəm. Onlar Hüdeybiyyə vadisindəki ən zəngin su quyularını ələ keçiriblər. Səninlə müha­ribə etmək və Mək­kəyə daxil olmağına mane olmaq istəyirlər. (Uzun müddət müqavimət gös­tə­rib qaçmamaq üçün) özləri ilə süd verən və balası yanında olan dişi dəvələr də (və ya arvad-uşaqlarını da) [6] gətiriblər.  
    
Rasulullah sallallahu əleyhi və səlləm dedi : Biz müharibə etmək üçün gəlmə­mi­şik! Biz yalnız Ümrə ziyarəti etməyə gəlmişik. Həqi­qətən, müharibə Qüreyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, on­ları ziyana uğratmışdır. Əgər istəyirlərsə müharibəni dayan­dı­rıb onlarla sülh müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar (ərəblərdən və qeyri ərəblərdən olan kafirlər) arasında olan münasibətə qarışmasınlar. Əgər mən o kafir­lərə məğlub ol­sam bu onlar üçün bir dəstək olacaq, yox əgər qalib gəlsəm onda onlar da digəriləri kimi İslam dininə da­xil ola bilərlər. Əks halda isə (Allah’a və O’nun rəsuluna itaət etməsələr) mən onlarla bağla­dığım mü­qaviləni pozmaya­ca­ğam. Beləliklə də onlar istirahət edəcəklər (bir müddət mü­haribədən yaxa qurtaracaqlar). onlar mənim bu təklifimi qə­bul etmə­yib bizim işimizə müdaxilə etsələr, nəfsim əlində olan Allah’a and olsun ki, ba­şım bədə­nimdən ayrı­lana qədər onlarla vuruşacağam. o zaman Allah Öz və­dini (İslam di­ni­ni ucaldacağını) mütləq doğruldacaq.           
Budeyl radıyallahu ənh dedi: Sənin dediklərini onlara çatdıraram!

Sonra o, qüreyşlilərin yanına gəlib dedi: Biz Rasulullah sallallahu əleyhi və səlləm’in yanına getdik və ondan bəzi şeylər eşitdik. İstəyir­si­nizsə onun dediklərini sizə ərz edək.
Onların arasındakı səfehlər: Ondan bizə hər hansı bir xəbər verməyinə ehtiyacımız yoxdur  deyə etirazlarını bildirdilər.

Ağıl sahibləri isə De görək ondan nə eşitmisən! de­yə israr etdilər. O Mən ondan filan, filan təklifləri eşit­dim deyib Rasulullah sallallahu əleyhi və səlləm’dən eşitdiklərini bir bir onlara nəql etdi. sonra Urva ibn Məs'ud ayağa qalxıb dediki Mən sizin vali­deyniniz, siz də mənim övladlarım [7] hesab olun­mur­su­nuz­mu?. Onlar Bəli!  deyə cavab verdilər. O ye­nə soruşdu. Siz məni günah etməkdə ittiham edirsinizmi? Onlar Xeyr! deyə cavab verdilər. O bir daha soruşdu Ukaz əhlini sizin köməyinizə çağır­dığımı və onlar sizə yar­dım göstərməkdən imtina etdikdən sonra əhli əyalımla, öv­ladımla və mənə tabe olanlarla birlikdə sizə yar­dım etməyə gəldiyimi bilirsinizmi? Onlar Əlbəttə, bi­lirik! de­yə ca­vab verdilər. Urva dedi Hə­qiqətən, bu kişi sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun də­və­tini qəbul edin və mənə də gedib onunla danışıq apa­rmağa izn verin! On­lar Gedə bilərsən! deyə cavab verdilər. O, danışıq aparmaq üçün Rasulullah sallallahu əleyhi və səlləm’in ya­nına gəldi. Rasulullah sallallahu əleyhi və səlləm  Budeylə radıyallahu ənh dediklə­rini Urvaya da dedi.
 Urva dedi Ey Məhəmməd! sən öz qövmünü bu şəkil­dəmi is­lah etmək istəyirsən? (Sən onları məhv emək istə­yir­sən?) Heç ərəb­lərdən öz qövmünü məhv edən bir kəs barə­sində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə? Alla­h’a and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan kimi qo­yub qaçacaqlar!

Əbu Bəkr radıyallahu ənh (Urvanın bu ittihamlarına dözməyib) de­di Get Latın [8] fərcini sor! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçaca­ğıq?!

O Bu kimdir? deyə soruşdu. Səhabələr Bu, Əbu Bəkrdir radıyallahu ənh deyə cavab verdilər və o Nəfsim əlində Olana and olsun ki, bir zamanlar mənə göstərdiyin və əvə­zini vermədiyim qay­ğı olmasaydı sənin cavabını verərdim! deyib Rasulullah sallallahu əleyhi və səlləm’lə söhbətinə davam etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Rasulullah sallallahu əleyhi və səlləm’in saqqalından tu­tur­du. Bu vaxt Muğira ibn Şu'bə [9] radıyallahu ənh əlində qılınc və başında dəmir dəbilqə Rasulullah sallallahu əleyhi və səlləm’in yanında da­yanıb onu qoruyurdu. Urva Rasulullah sallallahu əleyhi və səlləm’in saqqalına əl atdıqca Müğirə radıyallahu ənh qı­lın­cının qınının ucu ilə onun əlinə vurur və ona. Rasulullah sallallahu əleyhi və səlləm’in saq­qalından əlini çək! deyirdi. Urva başını qaldırıb Bu kimdir? deyə soruşdu. Onlar Bu Muği­ra ibn Şu'bədir! deyə cavab verdilər. O (üzünü Muğira radıyallahu ənha’yı tutub) dedi Ey xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qə­biləsi ilə ara­mız da) baş vermiş anlaşılmazlıqları həll etməklə məş­ğulam.

Cahiliyyə dövründə Muğira radıyallahu ənh bir dəstə kişi (Səqif qəbiləsin­dən olan Malikin oğlanları) ilə yol yoldaşı oldu. O zaman o on­ları öldürmüş, mallarını götürüb Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlmiş və İslamı qəbul etmişdi. Rasulullah sallallahu əleyhi və səlləm isə ona belə demişdi İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin malı götürmürəm!.

Sonra Urva Rasulullah sallallahu əleyhi və səlləm’in səhabələrinə  nə­zər saldı və (öz yoldaşlarına) dedi Allah’a and olsun ki, Rasulullah sallallahu əleyhi və səlləm’in ağzından çıxan tüpürcək onlardan biri­nin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sür­tür. On­lara bir şey əmr etdikdə dərhal onu yerinə yetirir­lər. Dəstəmaz aldığı sudan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz arala­rında mü­barizə aparırlar. onun yanında danışarkən səslərini qal­dır­mır­lar və hörmət əlaməti olaraq onun üzünə bax­mırlar!.

Sonra Urva tərəfdarlarının yanına qayıtdı və dedi Ey qöv­müm! Allah’a and olsun ki, mən bir nümayəndə kimi çox padşah­ların, Qeysərin, Xosrovun, Nəcaşinin vs. hüzurunda olmuşam. Və padşahların tərəfdarlarının onlara necə təzim etdiklərini də gör­müşəm. Lakin Məhəmməd’in səhabələri­nin ona təzim etdikləri kimi heç bir pad­şaha təzim olun­du­ğunu gör­məmişəm. Allah’a and ol­sun ki, Rasulullah sallallahu əleyhi və səlləm’in ağ­zından çıxan hər bir tüpürcək onlardan birinin ovucuna düş­sə, bu tüpürcəyi üzünə və bədəninə sür­türlər. onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirir­lər. Dəstəmaz aldığı su­dan (alıb qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. onun yanında danışarkən səs­lərini qal­dırmırlar və hör­mət əlaməti olaraq onun üzünə baxmırlar! Həqi­qə­tən, o sizə xe­yir, əmin-amanlıq və islah olunmağınızı təklif edir. onun təklifi­ni qəbul edin!.

Bənu Kinanədən olan bir kişi dedi İzn verin mən gedib onunla danışım! onlar Gedə bilərsən! deyə cavab ver­dilər.

O, səhabələrin yanına yaxın­laş­dıq­da Rasulullah sallallahu əleyhi və səlləm dedi Bu gələn filankəsdir. O elə bir tayfadandır ki, onlar qur­banlıq dəvələrinə çox hörmət edir və onları qiymətlən­dirir­lər. Elə isə qurbanlıq dəvələrini ona tərəf sürün. Səhabələr dərhal qurbanlıq dəvələri sürüb təlbiyə [10] edərək onu qarşı­ladılar. O təl­biyə edərək gələn səhabələri və qurbanlıq dəvə­ləri gör­dükdə dedi Subhanəllah! (Allah hər bir nöqsan və qüsurdan uzaqdır!) onlar Allah’ın evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər.
Sonra o, tərəfdarlarının yanına gəlib dedi Mən onların Ümrə ziyarətində kəsəcəkləri, üzərlərində qurbanlıq nişanə­si olan dəvələrini gördüm. Düşünürəm ki, Allahın evini zi­yarət etməyə onlara mane olmamalıyıq.

Bu vaxt Mikrəz ibn Həfs adlı bir kişi ayağa qalxıb dedi İzn verin mən ge­dib onunla danışım! onlar Gedə bi­lər­sən! deyə cavab verdilər.
O, səhabələrin yanına yaxın­laş­dıq­da Rasulullah sallallahu əleyhi və səlləm dedi Bu gələn Mikrəzdır, o xain insandır!.
O Rasulullah sallallahu əleyhi və səlləm’lə söhbət etdiyi vaxt Suheyl ibn Amr on­ların yanına gəldi.
Mə'mər deyir ki, Əyyub İkrimədən [11] xəbər verir ki, Su­heyl ibn Amr gəl­dik­də Rasulullah sallallahu əleyhi və səlləm səhabələrə demişdi Artıq sizin bütün işləriniz yüngülləşdi!.
Mə'mər xəbər verir ki, Zuhri rəvayətinə davam edib de­mişdi Suheyl ibn Amr Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlib dedi Gəl bizimlə sizin aranızda (on illik) [12] sülh müqaviləsi bağ­layaq!» Rasulullah sallallahu əleyhi və səlləm katibini Əli ibn Əbu Ta­lib radıyallahu ənh’ı [13] çağırıb müqaviləni yazma­ğı ona əmr edib dedi Yaz! Rəhmli, Mərhəmətli Allah’ın adı ilə (Bismillahir-Rəhmanir-Rə­him!).

Suheyl ibn Amr dedi  o ki qaldı Rəhmana, Allah’a and olsun mən onu tanımıram! Biz bir vaxtlar yazdığımız kimi Allah’ım Sənin adınla başlayıram (Bismikə Allahummə) yaz!
Bu vaxt müsəlmanlar Allah’a and olsun ki, biz yalnız Bis­millahir-Rəh­manir-Rəhim! yazacağıq! deyə etiraz etdilər. Rasulullah sallallahu əleyhi və səlləm isə katibinə əmr edib dedi Yaz! Allah’ım Sənin adınla başlayıram! Bu, Allah’ın elçisi Mə­həmməd’in bağladığı sülh müqaviləsidir!.
Suheyl yenə etiraz edib dedi Əgər biz sənin Allah’ın el­çisi olduğunu etiraf etsəydik onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə vuruşmazdıq. Elə isə yaz Mə­həmməd ibn Abdullah!
Rasulullah sallallahu əleyhi və səlləm Baxmayaraq ki, siz məni təkzib edir­si­niz, amma Allah’a and olsun ki, həqiqətən, mən Allah’ın el­çi­siyəm! dedi və katibinə Məhəmməd ibn Abdullah yaz­mağı əmr etdi.

Zuhri deyir ki,Rasulullah sallallahu əleyhi və səlləm Suheylin dediklərilə razı­laşdı, çünki o Nəfsim əlində olana (Allah’a) and olsun ki, müşriklər Allah’ın haram buyurduqlarına riayət etməklə məndən hər nə is­təsələr onlara istədiklərini ve­rəcəyəm! deyə söz vermişdi.  
Sonra Rasulullah sallallahu əleyhi və səlləm ona ilk şərtini təklif edib dedi Allah’ın evini təvaf etməyə bizə əngəl törətməyəcəksiniz!.

Suheyl dedi Xeyr! Allah’a and olsun ki, bu dəfə təvaf etməyə sizə izn ver­məyəcəyik. Çünki, ərəblər müsəlmanlar bizim müqa­vimətimizi qırdılar və bi­zi məcbur etdilər deyə şayiələr buraxa­caqlar. Elə isə gələn ildən etibarən gəlib is­tə­diyiniz qədər Allah’ın evini ziyarət edə bilərsiniz.
Əli radıyallahu ənh onun dediklərini yazdı. Sonra Suheyl ikinci şərti təklif edib dedi Bizim tərəfdən sənin yanına gələn hər bir kişini hətta sənin dinini qəbul etsə belə - geri qaytar­ma­lı­san!.

Müsəlmanlar heyrətlə dedilər Subhanəllah! Müsəlman olub yanımıza gəlmiş bir kimsə müşriklərə qaytarıla bi­lər­mi?!.

Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl ibn Su­heyl ibn Amr radıyallahu ənh ayaqları qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl radıyallahu ənh İs­lam dinini qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər.) O, Məkkənin aşağı­sında həbs olunduğu yerdən qaçmış və nəhayət özünü mü­səlmanlara çatdırmışdı. Bu vaxt Suheyl dedi Ey Mə­həm­məd! Bu müqa­vi­lə­nin ilk maddə­sinə əsasən onu mə­nə qay­tar­ma­lısan!.   

Rasulullah sallallahu əleyhi və səlləm dedi Biz hələ müqaviləni tamamla­ma­mı­şıq. O dedi Allah’a and olsun ki, belə olduğu təqdirdə mən də sənin heç bir təklifinlə ra­zılaşmayacağam!. Rasulullah sallallahu əleyhi və səlləm dedi Sən Əbu Cəndəli radıyallahu ənh bu mü­qavilədən istisna et və onu mənə bağışla! o dedi Mən onu qoy­du­ğumuz şərtdən istisna edib sənə bağışlaya bilmə­rəm! Rasulullah sallallahu əleyhi və səlləm Sən gəl razı ol, onu mənə bağışla! de­di. Su­heyl qətiyyətlə rədd edib dedi Mən heç cür sənin dediyinə əməl edə bilmərəm.

Bu zaman Mikrəz dedi onu özünüzdə saxlamağa sənə icazə verdik!. (Mü­qavilə bağlayan Suheyl ibn Amr isə buna razılıq vermədi.) Əbu Cəndəl de­di Ey Müsəlman camaatı! Artıq müsəl­man olub sığınacaq tapmaq üçün sizin ya­nı­nıza gəldim. İndi də məni müşriklərə təhvil verirlər? Mənim əzab-əziy­yətlərə məruz qaldığımı görmürsünüzmü?.

O, Allah yolunda muşriklərin çox şiddətli işgəncə­lərinə məruz qalmışdı.

Ömər ibn əl-Xəttab radıyallahu ənh deyir ki, o zaman mən gəlib Rasulullah sallallahu əleyhi və səlləm’ə dedim Məgər sən Allahın haqq Rasulu deyilsənmi? O Bəli! deyə cavab verdi. Mən dedim Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda de­yil­lərmi? O yenə Bəli! dedi. Mən Elə isə nə üçün nöqsan və qüsurların dinimizə daxil olmasına imkan ver­mə­liyik? deyə soruşdum və o dedi Həqiqətən, mən Allah’ın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə yardım edir! Mən de­dim Məgər sən bizə Bu yaxınlarda Allah’ın evinə gedib onu təvaf edə­cə­yik!  deyə xəbər ver­məmişdin? O dedi Elədir! Mə­gər mən sənə məhz bu il təvaf edəcəyimizi xəbər vermiş­dim? Mən Xeyr! deyə cavab verdikdə o dedi (Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!.

Sonra mən Əbu Bəkr radıyallahu ənh’ın yanına gəlib dedim Məgər bu adam Allah’ın haqq Rasulu deyilmi? O Elədir! deyə ca­vab verdi. Mən dedim Məgər biz haqq yolunda, düşmənlərimiz isə batil yolda deyil­lərmi? O Elədir! deyə cavab verdi. Mən Elə isə nə üçün nöqsan və qü­sur­ların dinimizə daxil olmasına imkan verməliyik?  dedim. Əbu Bəkr radıyallahu ənh dedi Ey insan! Həqiqətən, o, Allah’ın elçi­sidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yar­dım­çı­sı­dır. Elə isə onun sünnəsindən yapış (əmr və qadağa­la­rı­na riayət et!) Allah’a and olsun ki, o haqq üzərində­dir! Mən dedim Məgər o bizə Bu yaxınlarda Allah’ın evinə gedib onu təvaf edə­cə­yik! deyə xəbər verməmişdimi? Əbu Bəkr radıyallahu ənh dedi Elədir! Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermiş­di? Mən Xeyr! deyə cavab verdikdə o de­di (Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edə­cəksən!.

Zuhri xəbər verir ki, Ömər radıyallahu ənh demişdi Ona görə də [14] mən çoxlu xeyirxah işlər gördüm!.

Rasulullah sallallahu əleyhi və səlləm sülh müqaviləsini bağladıqdan sonra səha­bələrinə Qalxın, qurbanlarınızı kəsin, başınızı qırxdı­rın! deyə əmr et­di.

Allah’a and olsun ki, Rasulullah sallallahu əleyhi və səlləm bunu üç dəfə təkrar et­di, lakin səhabələrdən heç biri ayağa qalxmadı.[15] Səha­bə­lərin yerlərindən tərpənmədiyini görən Rasulullah sallallahu əleyhi və səlləm Ummu Sələmənin radıyallahu ənh”in yanına daxil oldu və onların bu eti­na­sız­lı­ğı­nı ona xəbər verdi. Ummu Sələmə radıyallahu ənh’ə dedi Ey Allah’ın elçisi! İstəyirsənsə onlar sənin əmrinə tabe olsun­lar, bayı­ra çıx, sonra qurbanlıq dəvə­lə­rini kəsməyincə və dəlləyini ça­ğı­rıb başı­nı qırxdırmayınca onlara bir kəlmə belə demə!

O bayıra çıxıb qurbanlıq dəvə­lə­rini kəsdi, dəlləyini (Xu­zəa qəbiləsindən olan Xərraş ibn Ümeyyə radıyallahu ənh’i çağırıb başını qırx­dırdı və onlara heç bir söz demədi! Bunu görən səha­bələr dərhal qalxıb qurbanlıq dəvə­lə­ri­ni kəsdilər və bir-birilərinin başlarını qırxmağa başladılar. Hətta iş o yerə çat­dı ki, (onun əmrini daha tez yerinə yetirmək üçün baş ver­miş dartışma nəticəsində) sə­ha­bələr bilmədən az qala bir-bi­rilərini öldürmüşdülər.
Sonra mömin qadınlar Rasulullah sallallahu əleyhi və səlləm’in yanına hicret etdi ve uca Allah bu ayəni nazıl etdi :
“Ey iman qətirənlər! Mömin qadinlar hicrət edib sizin yaniniza gəldikləri zaman onları imtihana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əqər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar.kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın. Həmin qadınların mehirlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri sizdən tələb etsinlər. Allahın hökmü budur.O sizin aranızda hökm verir. Allah biləndir,müdirkdir.” [16]

Bu ayə nazil olduqdan sonra Ömər radıyallahu ənh iki müşrik zöv­cəsini boşadı və onlardan birini Müaviyə ibn Əbi Süfyan, digərini isə Səfvan ibn Ümeyyə aldı. Rasulullah sallallahu əleyhi və səlləm Mədinəyə gəldikdən sonra müsəl­man olmuş qüreyşli Əbu Bəsir (Utbə ibn Useyd əs-Səqəfi) radıyallahu ənh onun yanına gəldi. Qüreyş də onu geri qaytarmaq üçün iki kişi göndərdi və on­lar Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlib Bizimlə bağladığın sülh müqavilə­si­nə görə Əbu Bəsir radıyallahu ənhı geri qaytar! deyə ona müraciət etdilər. O, Əbu Bəsir radıyallahu ənh’ı həmin iki kişiyə təhvil verdi. Onlar Əbu Bəsir radıyallahu ənh’lə Məkkəyə yola düşdülər və nə­hayət gəlib zul-Hüleyfəyə çatdılar. Burada onlar (xurcun­la­rındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsir radıyallahu ənh onlardan birinə (Xuney ibn Cabirə) Ey filankəs, Allah’a and olsun ki, sənin bu qılıncın çox gözəldir! dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi Doğrudan da bu çox gö­zəl qılıncdır. Mən onu bir neçə dəfə təc­rübədən ke­çirmi­şəm. Əbu Bəsir radıyallahu ənh Göstər görüm necə qılıncdır dedi, sonra fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsi­lə­nə qədər qılıncla onu vurdu. O birisi isə  (başqa rəva­yətdə Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Rasulullah sallallahu əleyhi və səlləm onun vahimə içində yüyürə-yü­yü­rə gəldiyini görüb Bu adam nədənsə qorxub! dedi. O, Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlib dedi Allah’a and olsun ki, yoldaşım öldürüldü! (Qo­ru­masanız) mən də öldürüləcə­yəm.

Bu vaxt Əbu Bəsir radıyallahu ənh gəlib dedi Ey Allah’ın Rasulu! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə yetir­məyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. sonra isə Allah mə­ni onların əlindən xilas etdi.

Rasulullah sallallahu əleyhi və səlləm dedi Vay bunun anasının halına! [17] Bu, müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nə­fər də onunla həmrəy olsa (o zaman mü­haribə alovu qı­zı­şa­caq və sülh müqaviləsi pozula­caq).

Əbu Bəsir radıyallahu ənh bunu eşitdikdə onun yenidən müşriklərə qay­tarılacağını ba­şa düşdü və Mədinədən çıxıb dənizin sa­hi­linə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyl radıyallahu ənh də ona qoşuldu. Daha sonra isə Məkkə müşriklərin­dən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və belə­liklə də onlar qüvvətli bir dəstəyə çevril­dilər. Vallahi onlar hər dəfə Qüreyşin ticarət karvanının Şa­ma yola düşdüyündən xəbər tut­duqda, karvanın qabağını kə­sər və onları öldürüb mallarını götürərdilər. Bu təhlükəni görən Qüreyş öz tərəfindən bir nümayəndəni (Əbu Süfyanı radıyallahu ənh Rasulullah sallallahu əleyhi və səlləm’in yanına göndərdi. Bu dəfə Qüreyş Rasulullah sallallahu əleyhi və səlləm’i Allah’a and verib aralarında olan qo­humluq əla­qələrinin hör­mətinə görə (onların ticarət karvanlarını Əbu Bəsir radıyallahu ənh və onun camaatından qorumaq üçün) ona yal­va­rırdı. onlar Rasulullah sallallahu əleyhi və səlləm Bundan sonra müsəlman ola­raq Məkkədən Mədinəyə hicrət etmiş hər bir şəxs əmin ola bilər (geri gətiril­məyəcəkdir.) deyə xəbər göndər­miş­di­lər.

Rasulullah sallallahu əleyhi və səlləm səhabələrdən birini (bu xoş xəbəri çat­dır­maq üçün) Əbu Bəsir və onun camaatının yanına göndərdi və Uca Allah bu ayələri nazil etdi:

Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir....ayəsindən...Kafirlər öz qəlbində təkəbbürlüyə  cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir….. [18] ayəsinə qədər.
Onların təkəbbür və təəssübü, Hüdeybiyyə müqaviləsinə Bismillahir-Rəh­manir-Rəhim,
Muhəmmədun-rəsulul­lah söz­lərini yazmaqdan imtina etmə­ləri və həmin il (hic­rə­tin altıncı ilində) müsəlmanların Məkkəyə daxil olub Alla­h’ın evini ziyarət etməyə razılıq verməmələri idi.


Bu hədisi həmçinin Buxari Səhihi’hində 6-cı cild, səh. 257) Abdurrəzaq Müsənnəf’ində 5-ci cild, səh. 342), Əhməd Müsnəd’ində 4-cü cild, səh. 331) və ibn Cərir Təfsir’ində 26-cı cild, səh. 101) rə­vayət etmişlərdir.






( Dəvə dayandıqda onu yerindən tərpətmək üçün istifadə olunan kəlmə.)
2 ( Rasulullah sallallahu əleyhi və səlləm’in dəvəsinin adıdır. Fəthul Bari 5/395. )
3 ( Burada ya haram sayılan yerdə döyüşməmək, ya da qohumluq əlaqələ­rini mökəmləndirmək qəsd edilir. Fəthul Bari 5/396. )
( Məkkə və onun ətrafına Tihamə deyilir. Həmçinin burada yaşayanlara isə Tihaməlilər deyilir. Fəthul-Bari 5/397. )
(Onların hər ikisi Qüreyş tayfasının ulu babalarındandır. Bunu deməklə o, «onların nəslindən olanları Məkkədə tərk edib gəlmişəm demək istəyir. Fəthul-Bari 5/398. )
( Fəthul-Bari 5/398. )
( Bu hədisi Əbu Zərr radıyallahu ənh bu ləfz ilə rəvayət etmişdir. Lakin başqa ravilər  Əhməd və ibn İshaqın əsərlərində qeyd olunduğu kimi Mən sizin öv­ladınız, sizdə mənim valideynim hesab olunmur­su­nuz­mu? ləfzi ilə rəvayət etmişlər. Bu ləfz daha səhihdir. Fəthul Bari, 5/399.
8 ( Qüreyş və Səqif tayfalarının tapındıqları bütün adıdır. Fəthul Bari 5/401.)
9 ( Müğirə radıyallahu ənh Urvanın qardaşı oğludur. Fəthul Bari 5/402. )
10 ( Təlbiyə etmək - yəni, ləbbeykə Allahummə ləbbeykə demək.  Mu­cəmul-Vəsit 814. )
11 ( Mə'mər, Əyyub və İkrimə hədisin başqa isnadında olan ravilərdir. )
12 ( Bu müqavilə yalnız iki il davam etmişdir. Fəthul Bari 5/404. )
13 ( Fəthul Bari 5/404. )
14 ( Ömər ilk radıyallahu ənh dəfədən Rasulullah sallallahu əleyhi və səlləm’in əmri ilə razılaş­madığı üçün, xətasının kəffarəsi ola­raq bir çox saleh əməllər etdi. Fəthul Bari 5/408. )
15 ( Səhabələr ya bu əmrin müstəhəb olduğunu başa düşmüş, ya müqavilə­nin pozulaca­ğı­na dair Allah tərəfindən vəhy nazil olacağına güman etmiş, ya­xud da xüsusən onlara həmin il Məkkəyə daxil olub ziyarət edəcəklərinə izn veriləcəyinə ümid etmişlər və buna görə də dərhal onun əmrini yerinə yetirmə­mişlər. Fəthul Bari 5/409. )
16 ( əl-Mumtəhinə surəsi, 10. )
17( Bu ifadə zahiri mənasından təhqirə bənzəyir, lakin ərəblər onu tərif üçün də deyirlər Fəthul Bari 5/412. )
18 ( əl-Fəth surəsi, 24-26. )





Hiç yorum yok:

Yorum Gönder